21 Mart 2026, Şənbə
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Ölkə futbolu

Şahin Diniyev: "Oyunun ədalətli nəticəsi heç-heçə idi"

“Belə oyundan sonra danışmaq çətindir. Matçın ədalətli nəticəsi heç-heçə idi. Düşünürəm ki, 1 xala layiq idik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının üçüncü turunda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, birinci hissədə qol fürsətlərindən istifadə edə bilmədiklərini bildirib: “Bəzi futbolçular təlim-məşq toplanışı keçməyiblər. Yorğunluğa görə 5 əvəzetməyə məcbur olduq. Buna görə də oyunun tempi bir az düşdü. Sonda konsentrasiyanı itirdik. Cərimə meydançasında rəqib oyunçunu heç kim qarşılamadı. Lüzumsuz, bəsit 2 qol buraxdıq. Məğlubiyyətə layiq deyildik. Yolumuza davam edəcəyik. Səhvləri minimuma endirmək üçün çalışacağıq. Komanda düzgün yoldadır”.

Təcrübəli mütəxəssis qeyd edib ki, oyunun layiqli nəticəsi heç-heçə idi: “Birinci hissəyə baxanda qalib gələ bilərdik. "Sumqayıt"ın haqqına girmək istəmirəm. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31