1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşdü

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 2:7 hesabı ilə məğlub olan Bolqarıstanın “Ludoqorets” klubu antirekorda imza atıb.
 
Futbolxeber.az saytının məlumatına görə, indiyədək avrokuboklarda Bolqarıstanı təmsil edən heç bir kollektiv avrokuboklarda doğma meydanda qapısından 7 top buraxmayıb.
 
Buna qədər ən zəif göstərici 1977-ci ildə Kuboklar Kubokunda "Anderlext"ə (Belçika) 1:6 hesabı ilə uduzan "Lokomotiv"ə (Sofiya) məxsus olub.
 
Bundan başqa, Sofiya “Slaviya”sı 1988-ci ildə Serbiya “Partizan”ına, "Liteks" isə 1998-ci ildə Rusiyanın "Spartak" (Moskva) klubuna 0:5 hesabı ilə yenilib. Hər iki görüş UEFA Kubokuna təsadüf edib.
 
“Ludoqorets”in avrokuboklardakı ən böyükhesablı məğlubiyyəti isə ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində qeydə alınıb. Razqrad təmsilçisi Danimarkada “Norşellan”a 1:7 hesabı ilə uduzub. Klub, həmçinin 2016-cı ildə Çempionlar Liqasında, 2019-cu ildə isə Avropa Liqasında, müvafiq olaraq, "Arsenal" (İngiltərə) və "Espanyol"la (İspaniya) matçlarda 6 cavabsız top buraxıb.
 
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Ludoqorets” klubunu iki oyunun nəticəsinə əsasən 8:4 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. “Köhlən atlar” bu raunnda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq ("Azərtac").







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31