1 Noyabr 2026, Bazar günü
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da
“İki xal itirməsəydik, yaxşı olardı”

Ölkə futbolu

“Araz-Naxçıvan” “Qarabağ”la oyuna itki ilə hazırlaşır

Ərzurum şəhərindəki hazırlıq prosesini yekunlaşdıran “Araz-Naxçıvan” “Qarabağ”la keçirəcəyi matçın hazırlığını davam etdirir.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu gün növbəti məşqinə çıxan “qırmızı-ağlar” əvvəlcə məşqçi Teodor Terzievin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetiriblər. 
 
Ardınca komanda üzvləri baş məşqçi Elmar Baxşıyevin taktiki planda tapşırıqlarını icra ediblər. Heyətdə yeganə zədəli futbolçu Ramin Nəsirlidir. Yarımmüdafiəçi müalicə prosesi keçir. 
 
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının yeni mövsümünə avqustun 2-də start verəcək. Komanda “Live Bona Dea Arena”da “Qarabağ”ı qəbul edəcək. Saat 20:00-da başlayacaq matç CBC Sport-la canlı yayımlanacaq. Oyuna giriş sərbəst olacaq.  







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30