Ölkə futbolu
Rəşad Sadıqov: “Sabah hər şeyə hazır olmalıyıq”
“Qarşılaşmadan əvvəl danışmaq həmişə çətin olur. Buna görə də matçdan əvvəl danışmağı sevmirəm. Onu deyə bilərəm ki, qarşımızdakı rəqibin gücünü başa düşürük”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sabah UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Şerif”ə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin Bakıya fərqli motivasiya ilə gəldiyini söyləyib: “Şerif” ilk oyundakı nəticəni öz xeyrinə dəyişməyə çalışacaq. Oyuna yaxşı hazırlaşmışıq. Komandanın hazırlıq səviyyəsi məni qane edir. Oyunçular sabah bacarıqlarını meydanda göstərməlidirlər”.
Mütəxəssis sabahkı matçın Tiraspoldakı görüşdən daha gərgin keçəcəyini bildirib: “Bu, ilk oyunun nəticəsi ilə əlaqəli deyil. Hər bir halda avrokuboklarda ikinci matçlar daha gərgin keçir. İstəyirik ki, sabah gözlədiyimizdən daha rahat oyun olsun. Amma hər şeyə hazır olmalıyıq. İnşallah sabah mərhələni keçən tərəf biz olarıq”.
Rəşad Sadıqov penaltilər seriyasına hazırlaşmağı xoşlamdığını qeyd edib: “Hətta Azərbaycan kubokuda belə ehtimal olanda belə, penaltilərə hazırlaşmamışıq. Təbii ki, hər bir nəticəyə, gedişata hazır olmaq lazımdır. Müasir futbolda, avrokuboklarda ev-səfər oyunları arasında fərq yoxdur. İstərdik ki, cütün taleyi 90 dəqiqə bizim xeyrimizə həll olunsun”.
O, “Zirə” meydana turu keçmək, yoxsa qalib gəlmək üçün çıxacaq?” sualını belə cavablandırıb: “İkisi də eyni nəticədir. Oyun planı ilə suallardan məcburiyyətdən yayınacam. Çünki indi ən çox iş məşqçilərin boynuna düşür”.
“Zirə”nin çalışdırıcısı ilk oyundan sonra üstünlükləri olduğunu deyib: “Bu, hər iki komandaya psixoloji olaraq təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Çünki bir həftə vaxtları olub ki, mərhələni keçmək üçün nə eməkləri barədə düşünsünlər. “Şerif” təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Bizim də öz düşüncələrimiz, planlarımız var”.
Sadıqov komandasının ilk matçda dişsiz görünməsi barədə fikrə belə münasibət bildirib: “Bir neçə təhlükəli hücumlarımız var idi. Qapıya bir zərbə endirdik, o da qolla nəticələndi. Birinci hissədə Ceyhun Nuriyevin epizodu var idi. O, həmin epizodda topu yaxşı ram etsəydi, şansımız yaranacaqdı. Ümumi götürdükdə, bəli, son ötürmələrdə daha dəqiq olmalıydıq. Unutmayaq ki, rəqibə də 100 faizli epizod vermədik. Onlar daha çox uzaqdan zərbələr endirirdilər. Qarşımızda qol buraxmaq istəməyən rəqib var. Çempionat oyunlarında elədir ki, 7-ci turda səhv buraxsan, 10-cu turda düzəldirsən. Avrokuboklarda bir səhv həlledici olur. Hamı ehtiyatlı oynayır. Çalışacağıq ki, sabah hücumlarımızın sayı da, kəsəri də daha artıq olsun. Necə alınacağını isə sabah biləcəyik”.
O, ilk oyunda futbolçularda həyəcan olmasının səbəbindən də söz açıb: “Mövsümün ilk oyunu idi. Fiziki, taktiki, texniki baxımından futbolçularımdan çox razı qaldım. Mərhələ keçmək niyyətindəyiksə, sabah da meydanda daha yaxşı olmalıyıq”.
Zədə baxımından narahatedici məqamlar olduğunu bildirən “Zirə”nin çalışdırıcısı ilk görüşdəki yeganə qolun müəllifi Davit Volkovun çıxışına da toxunub: “Tiraspoldakı oyunda əvvəlcə hücumda Utziq yer almışdı, sonra Volkov onun mövqeyinə keçdi. Sevinirəm ki, Volkov bizimlədir. O vaxtı da getməsini istəmirdim. Sabah digərləri kimi, Volkovdan da daha yaxşını gözləyirəm”.
Sadıqov futbolçuların sabahkı matçın əhəmiyyətini dərk etdiklərini söyləyib: “Həftəiçi komandada heç bir problem görmədim. Doğma azarkeşlər qarşısında oynayacağıq. Hamı özünün ən yaxşı oyununu oynamalıdır”.
Rəşad Sadıqov sabahkı matçda anşlaq yaşanmasını istəyir: “Yetərincə azarkeşimiz var. Fikrimcə, say yox, keyfiyyət önəmlidir. Əsas məsələ azarkeşlərin səni necə dəstəkləməsidir. "Zirə" azarkeşləri həmişə yanımızdadırlar. İstəyərdik ki, sabah da tribunalar dolsun. Stadiona gəlməyənlər də televizor vasitəsilə bizi dəstəkləyəcək. Çalışaq birlikdə mərhələni keçək”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























