4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

“Sabah” - "Makkabi" oyununun biletləri satışa çıxır

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – "Makkabi" (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxarılacaq.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
 
"Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində bilet satışlarına da qarşıdakı günlərdə başlanması nəzərdə tutulub.
 
Bilet almaq üçün (https://iticket.az/.../sport/sabah-fk-maccabi-haifa/122973) linkinə daxil ola bilərsiniz.
 
Qeyd edək ki, “Sabah” - "Makkabi" matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
 
QEYD:
1. Oyuna gecikən tamaşaçılar ( 1-ci hissə bitəndən sonra) stadiona buraxılmayacaq.
 
2. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq, qəti surətdə qadağan olunur.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31