5 May 2026, Çərşənbə axşamı
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

“Şerif”in baş məşqçisi: “Bəlkə də Volkovun ustalığı öz sözünü dedi”

“Bu cür oyunu uduzmaq məyusedicidir. Təbii ki, hava isti idi. Amma hər iki komanda eyni şəraitdə oynayırdı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şerif”in baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Ukraynalı mütəxəssis qeyd edib ki, rəqib qapısını toxunulmaz saxlamalı, onlar isə qol vurmalı idilər: “Hücumlar qurmağa çalışdıq. Fərqlənmək üçün şanslarımız da var idi. Lakin onlardan faydalana bilmədik. Statistikaya baxsaq, rəqibin cəmi bir zərbəsi oldu, o da qolla yekunlaşdı”.

Məğlubiyyətə baxmayaraq, Y.Qura təslim olmayacaqlarını bildirib: “Bu cür oyunları uduzmaq çox ağırdır. Lakin təslim olmayacağıq, əllərimizi yanımıza salmayacağıq. Əgər rəqib fərqlənibsə, deməli, orada müdafiəçilər səhvə yol veriblər. Oyun praktikasının azlığını qeyd etməyəcəm. Çünki bu, bəhanə kimi görünə bilər. Bəlkə də Volkovun ustalığı öz sözünü dedi. Həmin epizodda fərqləndiyi üçün ona əhsən”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31