4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Ölkə futbolu

“Neftçi” Superliqa klubları ilə qarşılaşacaq

“Neftçi” Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 8-də qardaş ölkəyə yollanan “ağ-qaralar” ın üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.

Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.

Qeyd edək ki, toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdıran “ağ-qaralar”ın ilk sınaq matçı iyulun 13-də Türkiyə Superliqası təmsilçisi “Alanyaspor”a qarşı olacaq. Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Superliqa klubu “Sivasspor” olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31