Ölkə futbolu
Georgi Kantariya: “Mənə inandığı üçün Ayxan Abbasova minnətdaram”
“Şamaxı”nın yeni transferlərindən olan Georgi Kantariyanın Futbolxeber.az saytına müsahibəsi
- “Şamaxı”ya transferiniz necə alındı?
- “Şamaxı” ilə artıq müqavilə imzalamışıq. İyulun 7-də Bakıya gələcəm. Tibbi müayinədən keçdikdən sonra Şamaxıya yollanacam və komanda ilə birgə yeni mövsümün hazırlıqlarında iştirak edəcəm.
- “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovu tanıyırsınız. Onun bir məşqçi kimi necə xarakterizə edərdiniz?
- Bəli, bir-birimizi çox yaxşı tanıyırıq. Mənə inandığı və təklif göndərdiyi üçün Ayxan Abbasova minnətdaram. Onun Tovuzda yaxşı komandası var idi. Orada oynamaq bütün komandalar üçün çətin idi. Ayxan Abbasov həm yaxşı məşqçi, həm də yaxşı insandır.
- “Şamaxı”nın qarşısına hansı hədəflər qoyulub?
- Bu mövsüm komandanın qarşısına qoyulan hədəf Premyer Liqada yerini qorumaq, möhkəmlənməkdir. Bacardığımız qədər daha yuxarı pillələrdə qərarlaşmaq üçün əlimizdən gələni edəcəyik.
- Bir illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcəksiniz. Bu bir il ərzində çempionatın oyunlarını izləyirdiniz? Kənardan səviyyə baxımından əvvəlki illərə baxanda fərq hiss olunurdu?
- Əlbəttə, Azərbaycan çempionatını izləyirdim. Son mövsüm çox maraqlı və gərgin alındı. Əksər komandalar özlərini yaxşı tərəfdən göstərdilər. 4-5 kollektiv sona kimi avrokuboklar uğrunda mübarizə apardı. Təəssüf ki, “Qəbələ” kimi infrastrukturu olan komanda Premyer Liqa ilə vidalaşdı. Ümid edirəm ki, onlar növbəti mövsüm yenidən yüksək liqaya qayıdacaqlar. Eləcə də sabiq komandam “Kəpəz”i təbrik etmək istərdim. Komanda bütün çətinliklərə baxmayaraq, Premyer Liqadakı yerini qoruya bildi.
- Hazırda Gürcüstan millisi Avropa çempionatında çıxış edir. Hansı hisslər keçirirsiniz?
- Bütün Gürcüstan hazırda milliyə azarkeşlik edir. Onlar tarix yazaraq Avropa çempionatına vəsiqə qazandılar. Hər birimiz bununla fəxr edirik. Futbolçularımıza bizə yaşatdıqları emosiyaya görə minnətdarıq.
- Bizim futbola yaxından bələdsiniz. Azərbaycan futbolunda nələri dəyişmək lazımdır ki, yaxın gələcəkdə biz də o hissələri yaşayaq?
- Struktura dərinliyindən bələd olmadığım üçün Azərbaycan millisi haqda dəqiq fikir bildirə bilmərəm. Gürcüstanla bağlı onu deyim ki, millimizin bu uğurunda uşaq akademiyalarının böyük rolu oldu. 10 il əvvəl federasiya Avropa standartlarına cavab verən akademiyalar yaratdı. Məhz bu məqam gənclərin inkişafına yol açdı. Baxın, bu gün gürcü gənclər Avropanın müxtəlif ölkələrində, klublarında çıxış edirlər. Hesab edirəm ki, məhz bu məqam bizim Avropa çempionatına yüksəlməyimizdə böyük rol oynadı.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























