18 Noyabr 2026, Çərşənbə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi
U-17 millimiz qrupda sonuncu oldu
Millimiz Andorraya qalib gəldi

Ölkə futbolu

“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”

“Neftçi” ilə oyunlarımız həmişə gərgin mübarizə şəraitində keçir. Budəfəki final matçımız da istisna olmadı”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri U-13 Liqasının finalında “Neftçi”ni 1:0 hesabı ilə məğlub etməklə ölkə çempionu olan “Qarabağ”ın baş məşqçisi Elşad Xudadatov deyib.

Mütəxəssis hər iki komandanın finalda layiqli oyun sərgilədiyini qeyd edib: “Atmosfer tam başqa idi. Hər iki komanda gözəl, mübariz oyun sərgilədi. Komandamızı təbrik edirəm. “Neftçi”ni də gözəl oyuna təbrik etmək istərdim. Bütün bunlar Azərbaycan futbolunun gələcəyi üçündür. Bu gün “Neftçi”də oynayan sabah “Qarabağ”da oynaya bilər, yaxud da əksinə, bu gün “Qarabağ”ın formasını geyə bilən sabah “Neftçi”nin formasını geyə bilər. Hamısı bizim balalarımızdır”.

E.Xudadatov azarkeşlərə də minnətdarlığını çatdırıb: “Final mənə çox xoş təsir bağışladı. Finala yaraşan oyun idi. Hər iki komandanı azarkeşlər də dəstəkləyirdi. Onlara da minnətdaram ki, sona qədər uşaqlara dəstək oldular”.

Fərəc ASLANOV

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30