Ölkə futbolu
Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"
"Mənə etimad göstərdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Danışıqlar prosesində onların layihələrini, gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Bu qarşılıqlı anlaşma gələcək layihələri birlikdə həyata keçirmək baxımından önəmlidir. Burdayamsa, demək ki, AFFA rəhbərliyi layihənin həyata keçirilməsi üçün məni görmək istəyib”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santoş bu gün keçirilən təqdimetmə mərasimində deyib.
O, Azərbaycan millisindəki fəaliyyətinin uzunmüddətli layihə olduğunu bildirib: “Mənim məşqçi heyətim, AFFA, eləcə də sizlərlə birlikdə biz böyük uğura nail olub, tarix yaza biləcəyik. Bunun üçün klublarla da birlikdə əl-ələ verib işləmək çox önəmlidir. İnanıram ki, tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, Azərbaycan millisi rəhbərliyim altında hansısa böyük yarışa yollanacaq”.
Santuş başqa təkliflərinin də olduğunu söyləyib: “Mənə etimad göstərdiyi üçün AFFA-ya təşəkkür edirəm. Mənim başqa, daha yaxşı təkliflərim var idi. Amma bu layihəyə inandığım üçün Azərbaycandayam".
Daha sonra portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Zəngin karyeraya malik məşqçisiniz. Azərbaycan millisi isə FİFA reytinqində ilk “100-lük”də belə deyil. AFFA-nın təklifi nə dərəcədə cəlbedici oldu ki, onu qəbul etdiniz?
- Cəlbedici təklif oldu. Ona görə də buradayam. Çalışacağıq ki, millini daha ön sıralara aparaq.
- Azərbaycan millisini Gürcüstan kimi Avropa çempionatında görmək üçün nələr edəcəksiz?
- Gürcüstan millisinin böyük turnirdə iştirakı da motivasiyadır. Qazaxıstan da Avropa çempionatına vəsiqə qazanmağa yaxın idi. Hədəf də odur ki, 2028-ci ildə böyük miqyaslı turnirə vəsiqə qazanaq. Bunun üçün hər bir şərait var. Sizin də dəstəyiniz çox önəmlidir. Xalqın inamı, dəstəyi də, həmçinin. Uğur ani olaraq göydən düşmür. Uzunmüddətli layihələrlə həyata keçirilir. Təəssüf ki, əvvəlki seçmə mərhələlərdə bunun üçün cəhd edilib, amma alınmayıb. Mənim üçün də motivasiya odur ki, bunu dəyişim. Ümid edirəm ki, bu, bizdə alınacaq. Onu da qeyd edim ki, heyətimlə burada Azərbaycanda yaşayacağıq. AFFA ilə layihəni həyata keçirmək üçün burada yaşayıb, öıkənin mədəniyyəti ilə də tanış olacağıq. Bizim işimiz gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil. İşə ciddi yanaşmaq istəyirik.
- Bu layihəni həyata keçirmək üçün özünüzdə yetərli enerji hiss edirsiz?
- İşləmək üçün tam enerjiliyəm, kifayət qədər motivasiyam var. Bu layihəni həyata keçirmək istəyirik.
- Sizdən qabaqkı millinin baş məşqçiləri daha çox müdafiəmeyilli futbol oynaydıblar. Bəs sizin rəhbərliyiniz altında necə olacaq?
- Əsas məqsəd qələbə qazanmaqdır. Bunun üçün yaxşı oynamaq lazımdır. Həm hücum etmək, həm müdafiə olunmağı bacarmaq lazımdır. Millinin son iki oyunun izləmək fürsəti əldə etdim. Azərbaycana qarşı da oynamışıq, Bakıda da olmuşam. Azərbaycan millisini tanıyıram. Bir çox insanlar statistik göstəricilərə çox önəm verirlər. Amma mən buna diqqət yetirən deyiləm. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Onlar qələbə qazanmaqla yanaşı, cəlbedici futbol göstərmək istəyirəm.
- Türkiyədə işləməyiniz Azərbaycana uyğunlaşmağınıza kömək edəcək?
- Azərbaycana ilk dəfə 2020-ci ildə gələndə, həm mən, həm də köməkçilərim yaxşı mənada çox təəccüblənmişdik. Gözləmirdik ki, belə şəhərlə qarşılaşacağıq. Burada yaşayacağam, həm də istənilən halda, uyğunlaşmağa məcburam. Düşünmürəm ki, hansısa çətinlik olacaq. Siz mənə yox, mən sizə uyğunlaşmalıyam.
- Azərbaycan millisini seçməyinizdə "Beşiktaş" rəhbərliyinin, "Demirören Holding"in rolu və ya hansısa vasitəçiliyi olub?
- "Beşiktaş" rəhbərliyi ilə münasibətlərimiz yaxşıdır, prezidentlə də dost kimi qaldıq. Onların heç bir vasitəçiliyi olmayıb. Danışıqlar Sərxan Hacıyevlə olub. Aramızda olan danışıqlara əsasən, bu seçimi etmişəm.
- Millimizin keçmiş baş məşqçisi Canni De Byazi hər uğursuz nəticədən sonra müxtəlif bəhanələr gətirirdi. Siz də eyni addımı atacaqsınız?
- Uğursuzluq varsa, buna məşqçi heyəti və futbolçular məsuliyyət daşıyır. Jurnalistlərin bunda nə günahı var? Bizim mətbuatda səslənən fikirlərlə razılaşıb-razılaşmamağımız başqa məsələdir, amma istənilən halda sizin fikirlərinizə hörmətlə yanaşmalıyıq. Azərbaycana iş görmək üçün gəlmişik. Dediyim kimi, bəlli hədəflərimiz var və ümid edirəm ki, 2028-ci ildə hədəflərimizə çatacağıq.
- Millimizin Macarıstandakı son 2 yoxlama matçını izləmisiniz. Həmin oyunlarda yığma üzvlərindən kimlər diqqətinizi daha çox çəkdi?
- İlk növbədə onu deyim ki, komandada müsbət keyfiyyətlər gördüm. Texniki baxımdan komandada keyfiyyətli futbolçular var. Burda fərdi baxımdan hansısa oyunçunun adını qeyd etmək istəməzdim. Düzdür, bəzən hansılsa matçda fərdi keyfiyyətlər həlledici olurə. Lakin istənilən halda futbol kollektiv oyundur. Yalnız kollektiv şəkildə mübarizə aparmaqla nəticə qazanmaq mümkündür. Yerli çempionat matçlarını izləyəcəyik, legionerlərin çıxışını diqqətdə saxlayacağıq. Həmçinin avrokuboklardakı Azərbaycan klublarının çıxışlarını da diqqətdə saxlayacağıq.
- Azərbaycan yığmasında uğurlu nəticə qazanmağınız üçün ən tez zaman hansıdır?
- Ortada acı reallıq var. Yaxşı nəticə qazanmaq üçün, bütün şərtləri nəzərə almaq lazımdır. Biz də istəyərik ki, ən qısa zamanda uğur əldə edək. Ortada mənim, millinin statistikası var.
- Tətbiq edəcəyiniz strategiyanı müəyyənləşdirmisiz? Bunun üçün 4 il kifayət edəcək?
- Düşünürəm ki, 4 il həm strategiyamızı, həm də istəkləriizi reallaşdırmaq üçün yetərlidir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
18:53
Sevgi kimi forma... FOTOLENT
-
15:41
Konqo Özbəkistanı məğlub etdi VİDEO
-
15:29
Kapitanın iştirakı ilə Naxçıvanda imza günü keçirilib FOTOLENT
-
15:04
Xorvatiyanın qələbəsi VİDEO
-
14:52
Leandro Andrade “Qarabağ”la vidalaşdı: “...unudulmaz!”
-
14:37
Kolumbiya - Portuqaliya oyununda qalib aşkarlanmadı VİDEO
-
14:16
Yuri Vernidub: “Onlarla birlikdə qarşımızda duran hədəflərə çatacağıq”
-
12:00
Əlcəzair - Avstriya matçında 6 qol VİDEO
-
11:48
Toral Bayramov “Bursaspor”da məşqlərə başladı
-
11:25
İngiltərə Panamanı məğlub etdi VİDEO
-
11:13
“Zirə”nin rəqibi Superkuboka bir addım da yaxınlaşdı
-
10:51
"Qarabağ"dan darmadağın VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:24
Argentina millisindən ardıcıl üçüncü qələbə VİDEO
-
10:02
Qurban Qurbanov: “İlk matçda belə qələbə futbolçulara güvən verir”
-
09:47
DÇ-2026: 1/16 finalın bütün cütləri
-
22:43
Savo: “Qazanmaq üçün hər şey edəcəyik”
-
22:21
“Şamaxı”nın bir rəqibi bilindi
-
20:55
"Qarabağ"dan böyükhesablı qələbə
-
20:34
"Zirə" Özbəkistan klubuna məğlub oldu
-
20:02
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
-
19:49
“Neftçi” yeni formasını təqdim etdi FOTOLENT
-
19:37
"Fənərbaxça" Tovuza gəlir
-
19:10
Bir təyinata sözardı - QEYD
-
18:26
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
-
17:58
Ceyhun Sultanov: “Hədəf barədə komanda tam formalaşdıqdan sonra danışmaq olar”
-
17:15
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
16:33
Tçkayev qızıl, Heydərov bürünc medal qazandı
-
16:01
Ukrayna klubu Leandro Andradenin keçidini açıqladı
-
14:44
Kabo Verde - Səudiyyə Ərəbistanı matçında heç-heçə VİDEO
-
14:29
Bahadur Həziyev yenidən “Səbail”də
-
14:12
Belçikadan 5 qollu qələbə VİDEO
-
13:57
“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu FOTOLENT
-
13:30
Misir - İran oyununda qalib aşkarlanmadı VİDEO
-
13:05
Andrade “Qarabağ”dan getdi
-
11:46
"Qarabağ" Avstriyada ilk oyununa çıxır
-
11:28
Musleranın səhvi İspaniyaya qələbə qazandırdı VİDEO
-
11:13
Kurtua Belçika futbolunun tarixinə düşdü
-
10:51
Seneqal İraqı darmadağın etdi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:24
"Qarabağ"ın Avstriya toplanışı davam edir FOTOLENT
-
10:02
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
09:47
Fransa Norveçə şans tanımadı VİDEO
-
22:43
Lyubomir Tupta rəsmən “Neftçi”də
-
21:59
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
-
21:36
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri açıqlandı
-
19:27
"Turan Tovuz" Vadji ilə yeni müqavilə imzaladı
-
18:15
Bəhlul Mustafazadə nə vaxt meydana qayıdacaq?
-
18:00
“Zirə”də kadr dəyişikliyi olub
-
17:38
“Zirə”nin rəqibi xorvat yarımmüdafiəçi ilə gücləndi
28.06.2026
27.06.2026
26.06.2026




















.jpg)


