30 Oktyabr 2025, Cümə axşamı
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Ölkə futbolu

Emin Mahmudov: "Bir qol vurub Qurban Qurbanova çata bilərəm"

"Sabah bizi yaxşı rəqibə qarşı oyun gözləyir. Qazaxıstan millisi müdafiədə və əks-hücumda yaxşı oynayır". 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov sabah Qazaxıstanla keçiriləcək yoxlama oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
 
O, rəqibin güclü olmasına baxmayaraq, qalib gəlməyə qadir olduqlarını bildirib:  "Son illərdə inkişaf ediblər. Qazaxıstan yaxşı millidir. İki il əvvəl olduğu kimi, yaxşı oynayaraq qalib gəlmək istəyirik".
 
Emin Mahmudov sabah qol vursa, millidəki qol sayında Qurban Qurbanovun rekordunu təkrarlayacaq. O, bu haqda sualı da cavablandırıb: "Neçə oyundur eyni vəziyyətdir, bir qol vurub çata bilərəm. Mən daha çox milli komanda haqda düşünürəm. Komanda yaxşı olsa, epizodlarım çox olar, qol vura bilərəm. Sırf qolu fikirləşmirəm".
 
Kapitan Arif Əsədovun millidə son oyunu olacağı ehtimalı haqda da fikirlərini bildirib: "Biz istəyirik ki, qələbə qazanaq. Bura millidir, hər oyuna qələbə üçün çıxmalıyıq. Arif müəllim haqda nə düşünürlər, bilmirik. İstəyirik ki, qalib gələk, azarkeşləri və Arif müəllimi sevindirək" (qol.az).







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31