13 Mart 2026, Cümə
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları

Ölkə futbolu

PFL-dən pley-off oyunları ilə bağlı açıqlama

2024/25 mövsümündə Azərbaycan 1-ci Liqasında çıxış etmək uğrunda keçiriləcək pley-off oyunları ilə bağlı hələlik qəra verilməyib.
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının saytı açıqlama yayıb:
 
"2024/25 mövsümündə 1-ci Liqada çıxış etmək uğrunda bu mövsüm 1-ci Liqada 9-cu yeri tutmuş klubla 2-ci Liqada 2-ci olmuş klub arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.
 
Bununla bağlı ətraflı məlumat açıqlanacaq. 2024/25 mövsümündə 2-ci Liqada çıxış etmək üçün bu mövsüm 2-ci Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi 29 may və 05 iyun tarixlərində oynanılacaq".
 
Xatırladaq ki, 1-ci liqada 9-cu yeri "Difai Ağsu", 2-ci liqada 2-ci yeri isə "Cəbrayıl" tutub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31