Ölkə futbolu
Qurban Qurbanov: “Mənim "Qarabağ"la hələ 1 illik müqaviləm var"
"Futbolçularımı təbrik edirəm. Rəqib yaxşı performans göstərdi. Azarkeşlərə təşəkkür edirəm ki, soyuqda matçı izlədilər".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərnbaycan Premyer Liqasının 35-ci turunda "Turan Tovuz"u 4:3 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Bizim baş məşqçilər xarici səfərlərə gedir. Bu gün Azərbaycanda bir nömrəli məşqçi sizsiniz. Maraqlıdır, kimlərsə xaricdən sizin yanınızda təcrübə keçmək istəyən olub?
- Xaricdən gələnlər olub. Rusiya, Qazaxıstan, Polşa və s. Klub olaraq buna sevindik. Biz də gedirik xaricdən öyrənirik. Bizimlə də belə görüşlər keçirəndə şad oluruq. Kim nə vaxt gəlmək istəsə, qapımız onlara açıqdır. Amma özüm də axtarışdayam. Kənardan başqaları fikir bildirsə, daha yaxşı olar.
- AFFA İK-nın iclasından sonra infrastruktur problemindən söz açmışdınız. İnfrasturukturu formalaşdırmaq üçün nə qədər müddət lazımdır?
- Vaxt demək düzgün çıxmaz. Amma klublarımız böyüsə, stabil sponsorlar olsa, çox vaxt lazım deyil. Bizim bazamızın hazır vəziyyətə gəlməsinə maksimum 2 il müddət getdi. Yaxşı istək olsa və başa düşərək işə yanaşsan, vaxt çox getməz. Futbolun inkişafı üçün birinci amil infrasturuktur olmalıdır.
- Mayın 5-də klubun sosial mediasında “Tezliklə” başlıqlı paylaşım olmuşdu. Həmin paylaşımla bağlı azarkeşlər arasında qızğın müzakirə getmişdi. Kimisi Kadi qayıdır deyirdi, bir başqası Mahir Emreli. Qurban Qurbanovla yeni müqavilə imzalanacağı iddiası da mövcud idi. Maraqlıdır, sizin "Qarabağ"la müqaviləniz bitib?
- Kim paylaşıb onu? (gülür) Vallah, heç birindən məlumatım yoxdur. Hələ komanda ilə 1 illik müqaviləm var. Digər xəbərlərlə bağlı isə məlumatım yoxdur.
- Portuqaliya mətbuatı Andredeyə təklif olduğunu yazmışdı.
- Belə məlumat yoxdur.
- Sərəncamınızdakı legionerlərin daha yüksək liqaya getmək istəyənlər var?
- Qərar vermək asandır. Çox hissəsinin müqaviləsi var. Hansı oyunçu klubdan getmək istəsə, mütləq qarşılıqlı razılıq olmalıdır. Bu mənim üçün asan olan tərəfdir. Hazırda hər hansı futbolçu ilə danışıq olmayıb. Hamı bu komandaya hörmətlə yanaşır. Ola bilər kimlərləsə, danışıq olsun. Çalışacağıq ki, klub üçün faydalı olsun.
- Son iki turda əsas oyunlarda VAR hakimləri əcnəbi olacaq. Buna ehtiyac var idi?
- Bunu heç xoş qarşılamadım. Hamı öz sahəsində aktiv olmağa çalışmalıdır. Bu gün şansımız varsa ki, daha yaxşı olmalıyıq. Səhvlər olur, bilmirəm VAR nə qədər qəlizdir. Amma əgər bir insanın, hakimin işi qərar verməkdirsə və bundan narazılıq olacaqsa, hakim bu qərarı verməsə yaxşı olar. Referilərimiz yəqin ki, bundan sonra daha məsuliyyətli çalışarlar. Cavan kadrlardır. Əslində bu təcrübə digər ölkələrdə də var. Əliyar Ağayev Yunanıstana gedir. Bu yaxşıdır. Demək güvənirlər. Yerli hakimlərimiz yəqin ki, gələcək mövsüm üçün kiməsə şans verməzlər. Baxmayaraq ki, hər sahədə legioner olur, amma hakimlikdə yerli olmalıdır.
- Bu işdə hakimlər günahkardılar?
- Bəli, daha çox aktiv olamldırlar.
- “Bayer”ə həm Avroliqada, həm də Bundesliqada çempionluq arzu etmişdiniz...
- Hər arzum belə həyata keçsəydi (gülür)… Hər oyundan əvvəl rəqibə uğur arzulayırıq. Bu gün də rəqiblərimizə uğurlar arzuladıq. Belə hallar olur. Amma onlar sanki çempionluğa layiqirlər. Öz işləri ilə məşğul olurlar. Hamısı istəkli, sadə, bacarıqlı və işgüzardır. Elə komandalar var ki, onlara qalibiyyət yaraşır. Finalda da onlara azarkeşlik edəcəyəm
- Danışıq apardığınız futbolçular var?
- Demək olar ki, hər mövqedə olan oyunçulara baxış keçiririk. Bəzən elə oyunçu olur ki, ona yox deyə bilmirsən. Müdafiə, yarımmüdafiə və hücum xəttinə axtarış gedir. Hər zaman olduğu kimi indi də çətindir. Əsas kollektivi qoruyub saxlamaqdır. Bundan sonra bir neçə oyunçu heyətimizə qatmaq istərdik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
09:00
“Neftçi” üçün liderlik şansı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























