Ölkə futbolu
Araz Abdullayev: "Rəşad Sadıqova təşəkkürümü meydanda bildirəcəm"
“Zirə”nin yeni transferi Araz Abdullayev “Qəbələ”yə qarşı keçirilən Azərbaycan kubokunun ilk yarımfinal matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı 32 yaşlı futbolçunun müsahibəsini təqdim edir:
- “Qəbələ” ilə matçda “Zirə”nin heyətində debüt etdiniz. Təəssüratlarınız necədir?
- Komandaya, baş məşqçiyə təşəkkür edirəm ki, mənə etimad göstərdilər, özümü göstərməyim üçün imkan yaratdılar. Mən də çalışıram məşqlərdə və oyunlarda etimadı doğruldum. Məqsədim gələcəkdə komandama daha çox fayda verməkdir.
- Ümumiyyətlə, “Zirə”yə keçidiniz necə alındı?
- Mənə jest etdilər. Bəzi dostlar və Rəşad müəllim sağ olsun. Çətin vaxtda mənə dəstək oldu. Buna görə ona təşəkkürümü bildirirəm. Əsas təşəkkürümü isə meydanda oyunumla bildirəcəm.
- Hələ yanvarda “Zirə”yə qoşulmaq üzrə olduğunuz deyilirdi. Həmin vaxt keçid niyə baş tutmamışdı?
- İndi alınıbsa, deməli, qismət belə imiş. Keçmişə yox, gələcəyə köklənmişəm.
- Mövsümün əvvəlində Kosovo klubuna transfer olundunuz. Qışda isə karyeranızı Gürcüstanda davam etdirmək ehtimalı var idi...
- Tək Gürcüstan yox, Qazaxıstandan da təklif almışdım. Lakin onlarla anlaşa bilmədik. Halbuki klubun düşərgəsində də olmuşdum. Amma alınmadı. Yenə deyirəm, hazırda bütün fikrimi “Zirə”nin uğurlarına yönəltmişəm.
- Gələcəkdə yenidən legioner həyatı yaşamaq barədə düşünürsünüz?
- Bəli, düşünürəm. Əvvəl fikirlər fərqli idi. Düşünürdük ki, kimsə 30 yaşa çatıbsa, deməli, daha xaricə yollanmaq üçün gecdir. Lakin indi fərqli düşünürəm. Əgər məşqlərə ciddi yanaşırsansa, nizam-intizama riayət edirsənsə, yuxu rejiminə diqqət yetirirsənsə, uzun müddət yaxşı formada qalmaq mümkündür.
- Son illər tez-tez klub dəyişirsiniz. “Zirə”də nə qədər qalmağı planlaşdırırsınız?
- İndi bu barədə çox düşünmürəm. Sadəcə bərpa olmağa köklənmişəm. Burda daha əvvəl biryerdə oynadığım şəxslərlə işləyirəm. Müqaviləm mövsümün sonuna kimidir. Razılıq olsa, sözləşməni daha 1 il müddətinə uzada bilərik. İndiki məqamda yalnız mövsümün son hissəsinə köklənmişəm.
- Millidə Rəşad Sadıqovla birgə oynamısınız, bu gün o, sizin baş məşqçinizdir. Futbolçu Rəşad Sadıqovla məşqçi Rəşad Sadıqov arasında hansı fərqlər var?
- Rəşad Sadıqovu hamımız tanıyırıq. Gözümüzü açandan onu millinin kapitanı kimi görmüşük. Sadıqovla işləmək mənim üçün həm rahatdır, həm də çətindir. Rahatdır ona görə ki, bir-birimizi çox yaxşı tanıyırıq. Çətin tərəfi isə odur ki, onun etimadını doğrultmalıyam.
- Klubda hər şey qaydasında getsə, Araz Abdullayevi yenidən millidə görə bilərik?
- Hər bir azərbaycanlı futbolçunun məqsədi millidə oynamaqdır. Avrokuboklarda da Azərbaycanı təmsil edirik. Bu da, millidə oynamaq da şərəfdir. İmkan düşsə, niyə də yenidən millidə forma geyməyim?!
- Buna inam var?
- İnam həmişə var. Hər zaman inamlı olmuşam. Maksimum dərəcədə əlimdən gələni edəcəm ki, mənə etimad göstərən şəxslərin ümidlərini puç etməyim.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























