Ölkə futbolu
Şahruddin Məhəmmədəliyev: “Azarkeş olsaydım, mən də stadiona gəlməzdim”
Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Bolqarıstana qarşı keçirilən oyundan (1:1) sonra Futbolxeber.az saytına müsahibə verib.
- “FIFA series - Edition 2024” layihəsi çərçivəsində millimizin Monqolustan və Bolqarıstana qarşı keçirdiyi oyunları necə dəyərləndirirsiniz?
- İlk oyunu Monqolustana qarşı keçirdik. Rəqib hörmətlə yanaşsaq da, məlum məsələdir ki, Monqolustan nisbətən zəif komandadır. Prinsipcə, biz daha ciddi rəqiblərlə qarşılaşmaq istərdik. Monqolustanla 90 dəqiqəni hücumda keçirsək də, yalnız sonda fərqlənə bildik. Bolqarıstana qarşı da yaxşı oynadıq. Rəqib demək olar ki, bütünü gücünü müdafiəyə vermişdi. Bu matçda da qələbə qazana bilərdik. Təəssüf ki, heç-heçə ilə kifayətləndik. Düşünürəm ki, çox yaxşı komandamız var. Bu kollektivə daha çox güvənmək lazımdır.
- Bu 2 oyun Azərbaycan millisinə nə qazandırdı?
- Bolqarıstanla matç komandaya inam qazandırdı. Biz göstərdik ki, futbol oynaya bilirik. Daha əvvəl bunu İsveçlə matçda da isbatlamışdıq. Dediyim kimi, hazırda yaxşı kollektivimiz var. Hər mövqedə bacarıqlı futbolçular cəmləşib. Xüsusən də “Qarabağ”ın gənclərini qeyd etmək istərdim. Elvin, Toral “Braqa” və “Bayer” kimi rəqiblərə qarşı əla futbol sərgilədilər. Bu, yaxşı göstəricidir. Düşünürəm ki, daha əvvəl belə hallar olmayıb. Gənclərə daha çox inanmaq lazımdır. İstərdik ki, azarkeşləri stadiona qaytaraq. Təbii ki, bu, heç də asan deyil. Mən insanları qınamıram. Çox istərdim ki, azarkeşlər millini daha çox dəstəkləsinlər. Çünki bizim cəmi 1 milli komandamız var, ikincisi yoxdur.
- Millinin oyununa az sayda azarkeşin gəlməsinin əsas günahkarı, səbəbkarı kimdir?
- Birinci günahkar bizik. Çünki nəticə yoxdursa, dünyanın harasında olursa olsun, azarkeş stadiona gəlmir. Öz oyunumuzla bu vəziyyəti dəyişməliyik. “Qarabağ”ın avrokubok oyununda stadionda izdiham yaşanır. Yenə deyirəm ki, mən azarkeşləri qınamıram. Üstəlik, bu gün (söhbət dünən olub - red.) hava da soyuq idi. Açıq deyim ki, azarkeş olsaydım, mən də stadiona gəlməzdim. İsti çayımı içərək matça televizordan baxardım.
- Son günlər Gürcüstan millisi barədə çoxlu müzakirələr aparılır. Klub səviyyəsində biz onlardan xeyli öndəyik. Lakin milli səviyyəsində vəziyyət əksinədir. Sizcə, Gürcüstan millisindən nə qədər geri qalırıq?
- Məncə, biz gürcülərdən geri qalmırıq. Yaxud olsun Qaxaxıstan. Hesab edirəm ki, biz onlardan zəif deyilik. Bəli, onlar Millətlər Liqasında vuruşdular, bir qədər də bəxtləri gətirdi ki, ev oyununda bizə qalib gəldilr. Lakin nə qazaxlardan, nə də gürcülərdən zəifik. Bir qədər bizə vaxt lazımdır. Çox şey uyğun gəlməlidir. Məsələn, Millətlər Liqasında bəxt bütün məsələlərdə Qazaxıstanın üzünə güldü. Lakin yekunda yunanlara 0:5 hesabı ilə uduzdular. Gürcüstan millisinin heyətində Avropanın aparıcı klublarında çıxış edən futbolçular var. Bütün bunları nəzərə almaq lazımdır.
- De Byazinin gedişindən sonra millidə nə dəyişib?
- Arif müəllim onunla birgə işləyib. Bolqarıstanla matçdakı taktika ilə De Byazinin dövründə də oynayırdıq. Yəni De Byazinin düşündükləri yenə də meydanda idi. Məsələn, Rahil sağ cinah müdafiəçisi kimi çıxış edirdi, yaxud Toral daha irəlidə qərarlaşmışdı. Sadəcə De Byazinin özü yox idi. Arif müəllim də bizi sıxmırdı, oynamaq üçün dəstək olurdu.
- “Qarabağ”ın “Braqa”ya, “Bayer”ə qarşı matçlarını izləyərkən komandanı tərk etdiyiniz üçün təəssüflənmədiniz?
- Yox. Buna yalnız sevinirdim, xüsusən də “Braqa” ilə Bakıdakı matçda. Görüşə qazax komanda yoldaşımla birgə baxırdım. O anlaya bilmirdi ki, ayrıldığın kluba necə belə dəstək olmaq mümkündür. Çox şadam, indi də sevinirəm ki “Qarabağ”da oynamışam.
- Şahruddin Məhəmmədəliyev tənqidləri necə qəbul edir?
- Qapıçı mövqeyi elədir ki, sənin hər bir səhvin göz önündədir. Mən elə oyunçuyam ki, risk etməyi sevirəm. Məhz bunun sayəsində dayanmışam qapıda. Risk və istək. Ola bilər bəzən daha çox risk etmişəm. Belə götürəndə bu günə qədər təəssüfləndiyim ən böyük səhvim “Viktoriya Plzen”lə matçda olub. Qalanları sadəcə bəxtsizlik idi. İndiyə kimi anlamıram ki, “Rakov”un fərqləndiyi epizodda top qapıdan necə keçdi. Bəlkə də bundan sonra o cür 100 dəfə zərbə endirilsə, hamısını dəf edərəm.
- “Qarabağ”da səhv edərkən Qurban Qurbanov hər zaman sizə dəstək olurdu. Bu baxımdan “Adana Demirspor”da vəziyyət necədir?
- Çox böyük fərq var. Hoca hocadı. Onu heç kimlə müqayisə edə bilmərəm. Məşqçilik bir yana, söhbət insanlıqdan gedir. Bunu təkcə mən yox, “Qarabağ”ın formasını geymiş hər bir futbolçu deyə bilər. Siz məşqləri görmürsüz. “Rakov”la matçdan sonra nə yaşadığımı, hansı hisslər keçirdiyimi komanda yoldaşlarım, məşqçilər, hoca görüb.
- Milli komandanın yeni baş məşqçisi yerli olmalıdır, ya əcnəbi?
- Bu, mənim səlahiyyətim çərçivəsində deyil. Mənim işim bütün gücümü meydanda qoymaqdır. Dünən Rahil Məmmədovla söhbət edərkən dedim ki, nəsə etməliyik. Milli ilə hansısa turnirdə çıxış etməyi çox istəyirəm. Fərqi yoxdur milliyə kim rəhbərlik edəcək. Əsas odur ki, yığmaya fayda versin. Kim nə deyir desin, nə qədər tənqid olunsaq da, komanda inamlı çıxış edir. Hamısı oynayan uşaqlardır. Milli səviyyəsində ciddi uğur qazanmağı çox istəyirəm.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
20.09.2026
19.09.2026
18.09.2026
























