3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

Bolqarıstan millisinin baş məşqçisi: "Ədalətli nəticə oldu"

Bolqarıstan millisinin baş məşqçisi İliyan İliyev "FIFA series - Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Azərbaycan millisi  ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan millisi sizi təəccübləndirə bildi?

- Xeyr, təəccüblənmədim. Azərbaycan millisi yaxşı komandadır. Onların İsveç və Avstriyaya qarşı matçlarını izləmişdik. "Qarabağ" avrokuboklarda yaxşı çıxış edir. Millidə yaxşı oyunçular oynayır.

- Millidə oğlunuz İliyan İliyev çıxış edir. Onun çıxışından razı qaldınız?

- Millinin oyunçuları ilə bağlı istəmirəm, hansısa şərh verim. İstər oğlum olsun, ya başqası.

- Hakimin simpatiyasını hiss etdiniz? Çünki vurduğunuz qoldan öncə top bolqarıstanlı oyunçudan çıxmışdı...

- Çox yaxşı oyun alındı. Hər üç nəticə mümkün idi. Azərbaycanın da hesab 0:0 olarkən şansları var idi. Biz də 1:0 öndə olanda növbəti qolu vura bilərdik. Ədalətli nəticə oldu. Gəlin hakimə yüklənməyək. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30