10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Neftçi” - “Spartak” oyunundan öncə 1 dəqiqəlik sükut gözlənilir

Bu gün “Neftçi” və “Spartak” (Moskva) arasında keçiriləcək yoxlama matçından əvvəl Rusiya paytaxında törədilmiş terror qurbanlarının xatirəsinin anılacağı gözlənilir.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi”dən “Matç TV”yə verilən açıqlamada bildirilib ki, klub tərəfindən oyunun 1 dəqiqəlik sükutla başlaması üçün müəyyən addım atılması nəzərdə tutulur. “Neftçi” hadisəni böyük faciə adlandırıb.

“Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Spartak” oyunu saat 18:00-da başlanacaq.

Qeyd edək ki, dünən Moskvadakı “Krokus Siti Holl”da terror aktı törədilib. Son məlumata görə, ölənlərin sayı 82-ə çatıb, 100-dən çox yaralı var.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31