Ölkə futbolu
Samir Əliyev: "Bu səviyyədə rəqiblə oynamaq bizim üçün hələ tezdir"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2025-in seçmə mərhələsi çərçivəsində İngiltərə seçməsinə 1:5 hesabı ilə məğlub olub.
Futbolxeber.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Samir Əliyev yenilgini belə şərh edib: “Güclü rəqibə qarşı oynadıq. Bu səviyyədə rəqiblə qarşılaşmışdıq. Fərdi keyfiyyətləri yüksək olan futbolçulara qarşı oynayırdıq. Uşaqlardan heç bir narazılığımız yoxdur. Əllərindən gələni etdilər. Təəssüf ki, böyükhesablı məğlubiyyətə uğradıq”.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Komandanın oyunundan razısız?
- Daha inamlı, aqressiv oynaya bilərdik. Amma görünən odur ki, bu səviyyədə rəqiblə oynamaq bizim üçün hələ tezdir.
- Komandanın perspektivi nə vəd edir?
- Yaxşı uşaqlar var. İnanırıq ki, 3-4 nəfər əsas milliyə gedəcək. Oynadıqca yaxşı futbolçu ola bilərlər.
- İlk hissədə əks-hücumlarda komanda inamlı görünmürdü. Bunu nə ilə əlaqələndirirsiniz?
- Təcrübə çatmır. Futbolçular Premyer Liqada oynamır. Hücumda Ağadadaş Salyanski oynayırdı. Cinahlarda isə Nəriman Axundzadə ilə Camal Cəfərov. Camal nə əvəzedici komandada oynayır, nə də Premyer Liqada. Ümidimiz Nərimana idi ki, nəsə edər. O da hələ bu səviyyədə tam bilməyib. Üzərində çox işləməlidir. İlk hissədə gücümüz, enerjimiz var idi. Nəyimiz varsa, qoyduq. Qol vəziyyətləri də yaratdıq. Problemlərdən danışmaq istəmirəm.
- Oynamayan futbolçuları niyə dəvət etmisiniz?
- Ən yaxşıları dəvət etmişik. Oynamayanlar əvəzedici heyətdə oynayanlardan yaxşıdır. 5 futbolçu sayın ki, Premyer Liqada oynayır. Bu səviyyədə rəqibə qarşı başa-baş oynamaq çətindir.
- Rüstəm Samiqullin "Sabah"da Yusif İmanovun əvəzedicisidir. Ona şans verməyinizin səbəbi nə idi?
- Kim deyir ki, əvəzedicidir? Klubda onlar qərar verir. U-21-də Rüstəmə də, Yusifə də şans vermişik. Yusifin psixoloji problemləri var. Ona görə Rüstəmə üstünlük verdik. Problem tək qapıda deyil. Daha qlobal problemlər var. Çox dərinə getmək istəmirəm.
- Rza Cəfərovu dəvət etməyi düşündünüz?
- Xeyr. "Neftçi"də yeni oynamağa başlayıb. Əsas milliyə getsin, orada inkişaf etsin.
- Premyer Liqada 21 yaşlı futbolçuların oynaması limiti ləğv olunandan sonra U-21 millisində problemlər yaranıb?
- O da çıxış yolu deyil. Daha dərindən təhlil olunmalı və məsələnin həlli istiqamətində addımlar atılmalıdır. Bundan əvvəl limit var idi, amma nəticə yox idi. Futbolçular da öz üzərlərində işləməlidir. Klublar da bu istiqamətdə iş görməlidir.
- Nəriman Axundzadənin meydanda can yandırması sizi qane etdi? Sanki Camal daha həvəsli görünürdü...
- Düz qeyd etdiniz. Nərimandan daha çox şey gözləyirdik. Amma bu, futboldur. Rəqib də bizim oyunları təhlil edib. Narazılığım yoxdur. Uşaq səhvlərindən qollar buraxdıq.
- Bir neçə gün sonra Ukrayna ilə oyun var. Rəqib haqda fikirləriniz necədir?
- Onlara qarşı bir oyun oynamışıq. Ukrayna tam fərqli komandadır. Kollektiv futbol oynayırlar. Qısa vaxt ərzində bu oyunu unudub tez bərpa olmalıyıq. Hələ 3 günümüz var. Belə oyunlar bizə lazımdır. Hər kəs görsün ki, vəziyyət nə yerdədir. İngiltərə son Avropa çempionudur. Amma oynamaq lazımdır. Təcrübəni belə matçlarda toplayırsan.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























