1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

"Qarabağ"la oyunda azarkeşlərimizin ürəyi bir-iki dəfə dayandı”

“Baş verənləri necə adlandıracağımı bilmirəm. Oyunun gedişatı tamamilə bizə qarşı idi".

Futbolxeber.az saytının "Kicker"ə istinadən verdiyi məlumata görə, bu sözləri "Bayer"i kapitanı Robert Andrix UEFA Avropa Liqasının 1/8 finalının "Qarabağ"la cavab matçından sonra deyib.

Almaniyalı yarımmüdafiəçi son dəqiqə qolu ilə qalib gəlmələrinə baxmayaraq, "Qarabağ"dan daha yaxşı formada olduqlarını qeyd edib: "Şikin qələbə qolundan sonra düşündüm: "Biz bunu yenə etdik?" Əla komandamız var. “Qarabağ”dan qat-qat yaxşı formada idik. Nəticə gözəldir, amma tez-tez oyunun taleyini əlavə vaxtda həll etmək bizə lazım deyil. Məncə, azarkeşlərin də buna ehtiyacı yoxdur. Çünki "Qarabağ"la oyunda azarkeşlərin ürəyi bir-iki dəfə dayandı. Mən 3:0 hesablı qələbəni daha üstün tutardım. Çünki hər dəfə belə sehrli sonluq ola bilməz".

Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb. Leverkuzendə ötən gecə oynanılan görüşdə isə "Qarabağ" 2:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30