2 Aprel 2025, Çərşənbə
II Liqada XIX tura start verildi
“Neftçi”, sabaha saxlama!
Kubok üçün hakim təyinatları
“Zirə” “Şamaxı”ya qalib gəldi

Ölkə futbolu

AFFA rəsmiləri Portuqaliyada seminarda iştirak edirlər

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək və Hakimlər Departamentinin fitnes məşqçisi Namiq Quliyev Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan seminarda iştirak edirlər.
 
Futbolxeber.az-ın assosiasiyanın saytına istinadən verdiyi məlumata görə, texniki təlimatçılar üçün keçirilən kurslarda oyun qaydalarının vahid və ardıcıl yozumuna, tətbiqinə nail olmaq, UEFA-nın yeni tədris materiallarını qəbul etmək və onlarla tanışlıq, hakim təlimatçıları şəbəkəsinin gücləndirilməsi kimi mövzular müzakirə olunur.
 
Kursun proqramı üç əsas hissədən ibarətdir. Bunlar UEFA-nın yeni tədris materialının təqdimatı, ölkədaxili yarışların iştirakçıları tərəfindən videokliplərin və VAR spesifik mövzularının müzakirəsidir.
 
Bundan əlavə, tədbirdə fitnes testi prosedurlarının nəzərdən keçirilməsi, yenilənməsi, hakim konvensiyasının yeniləmələri, AVRO-2024 üçün fiziki gözləntilər, "Chatgpt" (süni intellek) istifadə etməyin müsbət və mənfi cəhətləri, inteqrasiya edilmiş Hakim Təlim sessiyaları, UEFA20 Nümayişləri haqqında yenilik və Avropa üzrə hakim fitnes təlimatçıları ilə "ən yaxşı təcrübələri"nin paylaşılması kimi məsələlərə toxunulur.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30