Ölkə futbolu
Samir Abasov: “Uduzduğumuz komandanın gücü bəllidir”
"Qarabağ"ı həm bu, həm də bundan qabaqkı avrokuboklardakı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Danışılası bir şey yoxdur, uduzduq. Uduzduğumuz komandanın gücü bəllidir. Udmaq üçün nəsə etməyə çalışdıq. Hücum xəttində dişsizlik var. Acı reallıq olsa da belə, "Qarabağ"ın gücü var. "Qarabağ"a uduzanda belə, futbolçuların üstünə çox getmək olmur. Növbəti matçlara hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turunda "Qarabağ"a uduzduqları oyundan sonra (0:2) deyib.
O, ikinci pillədə olmalarına baxmayara, top fərqində mənfi göstəriciyə sahib olmalarının səbəbini belə izah edib: “Müdafiədə o qədər də pis deyilik. Amma bu dediyiniz mənfi göstəricilər "Qarabağ"la oyunlara bağlıdır. Onlardan 13 qol buraxmışıq. Açıq deyim, "Qarabağ"a qarşı oynaya bilmirik. İstədiyimizi meydanda qoymağı bacarmırıq. Futbolçulardan istədiyim o idi ki, hesab nə olursa-olsun, öz dəst-xəttimizi qoruyub-saxlayaq. Hesaba köklənməli deyilik. Bu oyun da böyük hesabla bitə bilərdi. Belə oyunlarla, səhv edə-edə inkişaf edirsən. Oyunumuzun çox hissəsi alınmadı. Məşqdə etdiklərimizi meydanda təkrarlaya bilmədik. "Sabah"a 1:3 hesabı ilə uduzmuşduq. Bu oyuna kimi deyəsən, 1 qol buraxmışdıq. Komandamız intizamlı oynadı. Bizim əsas üstün cəhətimiz də odur. Rəqiblərə çox epizod vermirik. Amma udmaq üçün də nəsə etməliyik. Alınmadı”.
O, "Qarabağ"ın bugünkü matça əsas heyətdə oynamaması barədə söyləyib: “Əsas heyət deyəndə ki, gəlin, bunun üzərində durmayaq. Bu, doğru deyil axı. Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür. Əsas heyət deyilsə, Diakabini bizə versinlər. Mənim ehtiyat skamyamda əvəzedici heyətdən gələn oyunçular var. "Qarabağ"da əsas heyət hansıdır, hansı əsas heyət deyil? "Qarabağ"ın ikinci heyəti deyirsizsə, onlar hər bir komandanı udmağa qadirdir və bunu etməlidir. Ən azından aldıqları maaşa görə. Düzgün müqayisə deyil”.
Təcrübəli mütəxəssis qeyd edib ki, "Qarabağ"a rəqib olmaq üçün düzgün iş qurmalısan: “Qarabağ” bir ilin komandası deyil. Futbol 11 nəfərin 11 nəfərə qarşı oynadığı oyun deyil, struktura qarşı oynanılan oyundur. O qədər nüanslar var. "Qarabağ" "Səbail" və "Araz-Naxçıvan"a da uduzub. Mövsüm ərzində belə şeylər ola bilər. Amma bunlar aldadıcı olmasın. Çünki ən azından məsləhətim odur ki, Azərbaycan klubları Avropa komandalarına deyil, elə "Qarabağ"a baxıb dərs çıxarsınlar. Ümumi klubun görəcəyi iş necə olur. "Qarabağ"a yaxın büdcən, futbolçuların olmursa, yaxın 10 ildə mən tərəfdən belə şey gözləməyin”.
“Sumqayıt”ın çalışdırıcısı “Qorxmursuz ki, bu məğlubiyyətlə mövqeyinizi itirəsiz?” sualını belə cavablandırıb: “Zərrə qədər qorxu yoxdur. Çünki mövsümün əvvəlindən məqsədimiz var ki, çempionatda qalaq. 3-4 tura çempionatda qalmağı həll edərik. Bu yerimizi itirməkdən qorxmağa gəlincə, çalışacağıq ki, buralarda olaq. Çünki əziyyətlə gəlib çıxmışıq. Amma reallıqlar var. Yaxın izləyicilərimiz var. Komandanın qarşısına qoyulan məqsəd nə idisə, onu yerinə yetirməyə çalışacağıq. Ən əsas məqsəd də, yaxşı komanda qurmaqdır”.
Mütəxəssis deyib ki, hələlik gələcəklər bağlı planlar qurmayıblar: “Azərbaycan futbolduru, sabah necə olacağını bilmirsən. Hər şey ola bilər. Biz bu gündən danışmalıyıq. Sabah necə olacağını bilmirəm. Bu vaxta qədər gördüyümüz işin uğursuz olduğunu düşünmürəm. Uduzmuşuq və bundan nəticə çıxarmağa çalışacağıq”.
Samir Abasov iki cəbhədə mübarizə aparmağın komandası üçün çətin olduğunu söyləyib: “Mənim problemim odur ki, digərlərindən fərqli olaraq problemləri həmişə dilə gətirirəm. Bu skameyka, bu oyunçu sayı ilə həm kubokda, həm də çempionatda mübarizə aparmaq çətin olardı. Ya ikisini də yarımcanlı oynamalısan, ya da birində canını qoymalısan. Kubokda hər şeyimizi qoysaydıq, növbəti matçda yaxşı nəticə qazanmağımzı mümkünsüzə yaxın idi. Amma hər bir halda, çıxdığımız matçda qələbə qazanmaq istəyirik. Avrokubok zonasında olmağı çox istəyirik. Bu mövsüm oyunumuzla buna yaxınıq. "Sumqayıt"dan bu gün pis danışan yoxdur. Dirənəcəyimiz yer "Qarabağ"dır, onların da gücü bəllidir. Digər komandalarla 1 xal üçün oynamırıq, qələbə üçün meydana çıxırıq. Mövsümün sonunda tutacağımız mövqeyimiz bizi üzməli deyil. Biz ilin əvvəlində qoyduğumuz planlar nədirsə, ona doğru getmək istəyirik. Mərhələ-mərhələ irəliləmək niyyətindəyik. Hər ölkədə avrokuboklarda oynaya biləcək komanda yaratmaq olar. Bunu Azərbaycanda da edə bilərik. "Qarabağ", "Şerif", "Ludoqorets", "Slaviya" bunu göstərir. Sadəcə, mərhələ-mərhələ buna yaxınlaşmalıyıq. Bizim üçün nümunə də "Qarabağ"dır. Bu mövsüm də ikinci yerə can atmağımız "Sabah" və "Neftçi"dən irəli gələn problemdir. O komandalar top səviyyəsində olsaydılar, 4-cü yer uğrunda mübarizə aparacaqdıq. Keçən ilki "Sabah" bu mövsü olsaydı, kim deyə bilərdi ki, ikinci yerə oynayıram?”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























