28 Sentyabr 2026, Bazar ertəsi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə

Ölkə futbolu

Azər Əliyev: "Qarabağ" əsl xarakter nümayiş etdirdi"

"Qarabağ"ın "Braqa" ilə oyununu stadiondan canlı izlədim. Unudulmaz bir matç idi. Tofiq Bəhramov adına Respublika stadionunda bu cür görüşlər həmişə olmur".

Futbolxeber.az saytına eksklüziv açıqlamasında bu sözləri milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev deyib. 

"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 finala adlaması haqda danışan A.Əliyev Ağdam klubunun böyük əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb: "120 dəqiqə ərzində stresli bir görüş oldu. Əslində, oyuna nəzarət "Qarabağ"ın tərəfində idi. Sonradan vəziyyət dəyişdi. Lakin "Qarabağ" əsl xarakter nümayiş etdirdi. Əzmkarlıqla komanda sonda istəyinə çatdı. Növbəti mərhələdə yenidən "Bayer"lə qarşılaşacağıq. Leverkuzen təmsilçisinin gücü məlumdur. Odur ki, qarşıda "Qarabağ"ı çox çətin 2 oyun gözləyir".

Fərəc ASLANOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30