Ölkə futbolu
Nfor: "Azarkeşlərin sayının az olması məni təssüfləndirir" (Müsahibə)
“Neftçi”nin futbolçusu Ernest Nforun klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- “Neftçi”yə gəlişindən qısa müddət keçsə də, artıq demək olar ki, əsas heyət oyunçusuna çevrilmisən. Necə hesab edirsən, öz oyununu tapmısanmı?
- “Neftçi”yə uyğunlaşmağım çətin olmadı. Günü-gündən komanda yoldaşlarımla bir-birimizi meydançada daha yaxşı başa düşürük. Amma potensialımı tam açmağım üçün müəyyən vaxta ehtiyac var. Gələcək oyunlarda bundan da yaxşı oyun göstərəcəyimə inanıram.
- Azərbaycan mühitinə uyğunlaşa bilirsənmi?
- Burda mən tək deyiləm. Ailəmlə birgə yaşayıram. Azərbaycana gələn gündən buranın mühitinə uyğunlaşmağa çalışıram. Təbii ki, Avropa ölkələri ilə müqayisədə adət və dil fərqi var. Peşəkar futbolçu üçün bunlar maneə deyil və zamanla yoluna düşən şeylərdir. Gördüyünüz kimi Kardoso da artıq əsas komandada möhkəmlənib. Düşünürəm ki, yaxın vaxtlarda Melvin də öz sözünü deyəcək. Kardoso Braziliya, Rusiya və Rumıniya çempionatlarında, mən isə Belçika yüksək liqasında çıxış etmişəm. Melvin isə rəqabət baxımından daha güclü olan Hollandiya çempionatında oynayıb. Onu da nəzərə almaq lazımdı ki, “Neftçi”nin heyətində güclü rəqabət var. Məncə ona bir az zaman lazımdır.
- Azarkeşlər arasında “Böyük oyun”adını almış “Neftçi”-“Xəzər Lənkəran” matçının əsas qəhrəmanlarından biri idin. Özün fərqlənməklə yanaşı digər iki qolda da pay sahibi oldun.
- “Xəzər Lənkəran”a oyun bizim üçün çox vacib idi. Ümumiyyətlə futbolçu belə matçlarda göstərdiyi oyunla azarkeşlərin rəğbətini, məhəbbətini qazanır. Sevinirəm ki, meydana ikinci hissədə daxil olsam da, parlaq qələbəmizdə pay sahibi oldum. “Böyük oyun” böyük hesablı qələbəmizlə nəticələndi. Bu matçda vurduğum qolu ailəmə həsr etdim. Bundan əvvəlki oyunlarda da qol vurmaq üçün əlverişli imkanlarım olsa da, sanki bəxt məndən üz döndəriridi. Məsələn, AZAL və “Simurq”la oyunlarda topun qapı dirəyindən qayıtmasını xatırlatmaq istəyirəm. Bu gün mən vurdumsa, sabah komanda yoldaşlarım fərqlənəcək. “Neftçi”də İqor Mitreski, Flavinyo, Bahodir Nasimov, Bruno Bertuççi, Denis Silva kimi təcrübəli və güclü futbolçular var. Komandanın kapitanı Rəşad və Mahir həm Azərbaycan millisi, həm də “Neftçi” üçün çox faydalı oyunçulardır. Eyni zamanda çoxlu gənclər var ki, onlar da öz üzərində çalışsalar ən azından oynadığım Belçika çempionatında çıxış edə bilərlər.
- Yəqin ki, belə qələbələr çempionluq yolunda böyük rol oynayacaq
- Mən rəqibləri fərqləndirmək istəməzdim. Bütün komandalar maksimum nəticə üçün oynayır. Çempionat oyunlarının yarıdan çoxu hələ qarşıdadır. Heç bir komanda indidən rahat nəfəs ala bilməz. Rəqiblərimizə hörmətlə yanaşırıq və hər matçda yalnız qələbə üçün meydana çıxırıq.
- Yəqin ki, azarkeşlərin də rəğbətini hiss edirsən.
- Mən azarkeşsiz futbol təsəvvür etmirəm. Açığı azarkeşlərin sayının az olması məni təssüfləndirir. Halbuki Azərbaycan çempionatının səviyyəsi heç də Belçika yüksək liqasının səviyyəsindən aşağı deyil. Son çempionat oyunumuzda azarkeşlərimiz nisbətən çox idi. İstərdim ki, hər matçda belə olsun. Onlarla oyundan sonra da ünsiyyətdə oluruq. Artıq Azərbaycan dilində də bir çox sözləri anlamağa başlamışam. Hardasa görəndə gülər üzlə görüşüb sevgilərini nümayiş etdirirlər. Azarkeşlərimizə ən yaxşı hədiyyəmiz çempionluqdur. Mən çempion komandaya gəlmişəm və yaxşı anlayıram ki, bizim hədəfimiz yalnız birinci yerdir. Üstəlik Avropada da öz sözümüzü deməliyik.
- 2012-ci ildə Kamerun millisinin heyətinə cəlb olunmusan. Yığmadan yenə təklif gözləyirsənmi?
- Bu “Neftçi”də göstərəcəyim oyun səviyyəsinə bağlıdır. Əgər istədiyim oyunu göstərə bilsəm yenidən məşqçilərin maraq dairəsinə düşə bilərəm. Bilirsiz ki, Kamerun yığmasında da böyük rəqabət var. Bununla belə çalışacam ki, milli komandaya yenidən dəvət alım.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
12.11.2026
11.11.2026
10.11.2026
























