12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Hamşik: "Azərbaycan millisinə borcumuzu qaytarmalıyıq"

“Püşkatma bizim üçün bundan pis və ya yaxşı ola bilərdi. Bu, mütləq çıxa biləcəyiniz bir qrupdur".

Futbolxeber.az saytının məıumatına görə, bu sözləri Slovakiya millisinin sabiq kapitanı Marek Hamşik UEFA Mİllətlər Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

Yaxşı qrupa düşdüklərini qeyd edən veteran futbolçu millinin baş məşqçisi Françesko Kaltsona kimi 2022-ci ildə UEFA Millətlər Liqasında Azərbaycana uduzduqları oyunu (1:2) unutmadıqlarını bildirib: "Fikrimcə, İsveç hazırda Rumıniyadan çətin rəqibdir. Onların oyun üslubu bizə yaxındır. Çətin olacaq. Millətlər Liqasının əvvəlki mövsümündən Azərbaycan millisinə qaytarmalı olduğumuz borcumuz var. Estoniya qrupun autsayderi olacaq”.

Xatırladaq ki, Azərbaycan millisi  C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30