Ölkə futbolu
Taleh Nəsibov: “Göstərdiyimiz qayğı, yaradılan şərait yalnız çempionluğa oynamağı tələb edir”
Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti, “Zirə” futbol klubunun prezidenti Taleh Nəsibovun Futbolxeber.az saytına müsahibəsi
“KEÇƏN İLLƏ MÜQAYİSƏDƏ ÇEMPİONATIN SƏVİYYƏSİNİN ARTMASI GÖZ ÖNÜNDƏDİR”
- Minifutbol üzrə ölkə çempionatının IX turunun mərkəzi oyununda “Zirə” son çempion “Birbaşa Bakı” üzərində 4:1 hesablı qələbə qazandı. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Bu matça çox böyük maraq var idi. Özünüz də gördünüz ki, tribunada xeyli sayda azarkeş matçı canlı izləyirdi. Həm “Zirə”, həm də “Birbaşa Bakı” çempionatın əsas favoritləridir. Turnir cədvəlində ilk iki pillədə qərarlaşıblar. Son illər bu kollektivlər arasında gərgin mübarizə gedir. Bu gün də baxımlı oyuna şahidlik etdik. Hər iki komanda gözəl oyun sərgilədi. “Birbaşa Bakı” uduzsa da, çox istəkli idi. Amma “Zirə” daha üstün idi və 3 top fərqli ilə qələbə qazandı.
- “Zirə” tarixində ilk dəfə “Birbaşa Bakı”nı məğlub etdi. Düşünmək olar ki, “Zirə” nəhayət bu mövsüm əsas rəqibinin hegemonluğuna son qoyaraq çempion olacaq?
- İndidən bunu demək bir qədər çətindir. Həm də nəzərə almaq lazımdır ki, “Birbaşa Bakı”nın baş məşqçi vəzifəsində dəyişiklik olub. Ötən mövsüm komandaya çempionluq qazandıran rumıniyalı mütəxəssis yenidən kollektivə qayıdıb. Marius çox təcrübəli məşqçidir. Daha əvvəl Rumıniya millisini də çalışdırıb. Baş məşqçidən, eləcə də çempionatın sonluğundan çox şey asılıdır.
- Cari mövsüm cəmi 9 tur geridə qalsa da, son çempion “Birbaşa Bakı” artıq 2 dəfə uduzub. Demək olar ki, bu, həm də çempionatın səviyyəsinin artmasının göstəricisidir?
- Bəli, bu mövsüm təkcə “Zirə” və “Birbaşa Bakı”nın deyil, digər kollektivlərin də səviyyələri artıb. Ola bilər ki, hansısa komandada müəyyən çatışmazlıqlar olsun. Amma yenə də keçən illə müqayisədə çempionatın səviyyəsinin artması göz önündədir. Maksimal dərəcədə çalışırıq ki, çempionatın səviyyəsini artıraq. Komandalar heyətlərini yeni transferlərlə gücləndirirlər. Həm böyük futboldan, həm futzaldan oyunçular cəlb olunur. Onlar perspektiv gördükləri üçün minifutbola meyl edirlər. Bizim minifutbolu inkişaf etdirmək, bütün bu işləri görməkdə məqsədimiz odur ki, milli komandamız dünya və Avropa çempionatlarında uğur qazansın. Minifutbol federasiyasının rəhbərliyi olaraq Azərbaycan bayrağının yüksəkdə olması üçün əlimizdən gələni edirik. İstər bizim, istərsə də baş məşqçi Elşad Quliyevin amalı, məqsədi birdir - milli komandamız yüksək səviyyədə olsun.
“ÇAĞIRIŞIMIZA İLK QOŞULAN RİAD RƏFİYEV OLDU”
- Ötən mövsümün sonunda futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların minifutbol çempionatında təmsil olunmaları müzakirə olunurdu. Lakin hələlik yalnız “Zirə” və “Sumqayıt”da bunu görürük. Digər klubların minifutbol komandalarının yaradılmamasına səbəb nədir?
- Biz bütün klublara məktubla müraciət etmişdik. Bildirmişdik ki, kim istəsə, çempionata qatıla bilər. Biz də federasiya olaraq klublara bu məsələdə kömək etməyə hazırıq. Lakin qeyd etdiyiniz kimi, hələlik yalnız “Zirə” və “Sumqayıt” minifutbol çempionatında təmsil olunur. Digər klubların kənarda qalmasının müəyyən səbəbləri var. Məsələn, “Qəbələ” bildirdi ki, yarışa qatılmaq istəyir. Lakin məsafə uzaq olduğundan nəqliyyat problemi var. “Kəpəz”lə bağlı da müraciət var idi. Onların da yarışda iştirakı müəyyən səbəblərdən alınmasa da, Gəncə çempionatda “Dinamo” komandası ilə təmsil olunur. Bizim üçün vacib olan Premyer Liqadan çox region klublarının iştirakıdır. Düşünürəm ki, Premyer Liqa təmsilçilərin minifutbol çempionatına qatılması üçün bir qədər vaxta ehtiyac var. Zamanla bu məsələ yoluna qoyulacaq. Eləcə də “Qarabağ” və “Neftçi” ilə də söhbətimiz olmuşdu. Yekunda vaxt məsələsinə görə onların da iştirakı baş tutmadı. Mən “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə təşəkkür etmək istəyirəm. Çünki çağırışımıza qoşulan ilk o oldu. Mənə zəng etdi və bildirdi ki, “Sumqayıt”ın da minifutbol çempionatında iştirak etməsini istəyir. Mən bilirəm ki, Riad Rəfiyev hazırda böyük futbola daha çox köklənib. Lakin minifutbolu həm çox sevdiyi üçün, həm də özü minifutbol oynadığı üçün təklifimizi müsbət qarşıladı.
- Qarşıdan Avropa çempionatı gəlir. Ötən mövsüm qitə birinciliyinin qalibi olan milli komandamızın titulunu qoruması nə dərəcədə realdır?
- Bəli, iyunda bizi Bosniya və Hersoqovinada Avropa çempionatı gözləyir. Əvvəl rəqiblər bizə nisbətən qeyri-ciddi yanaşırdılar, bir qədər zəif rəqib gözü ilə baxırdılar. Lakin indi bizə qarşı münasibət daha ciddi, daha kəskindir, tam fərqli yanaşırlar. Bütün bunları nəzərə alaraq bilirik ki, qarşıdakı Avropa çempionatı çox çətin olacaq. Bununla belə, həmişə demişəm ki, bizim göstərdiyimiz qayğı, yaradılan şərait yalnız çempionluğa oynamağı tələb edir. Biz nəyisə ediriksə, ya yaxşı etməliyik, ya da ümumiyyətlə etməməliyik. Ona görə də çempionluqdan başqa heç bir məqsəd ola bilməz.
Elə dünya çempionatında da məqsədimiz birinci olmaq idi. Təəssüf ki, yarımfinalda məğlub olduq. Matçdan sonra paltardəyişmə otağına daxil olanda uşaqların necə məyus olduqlarını gördüm. Nə dərəcədə istəkli olduqlarını həmin anda bir daha anladım. Qalibiyyətin əldən çıxması komandaya çox pis təsir etmişdi. Mən həm də başa düşdüm ki, bu məyusluqdan 1 gün sonra bürünc medal uğrunda oyunda qələbə qazanmaq çətin olacaq. Hətta millimizin baş məşqçisi Elşad Quliyevə də bildirdim ki, sabahkı matça qədər komanda çətin özünə gəlsin.
“ÇOX İSTƏKLİYİK Kİ, NÖVBƏTİ DÜNYA ÇEMPİONATI MƏHZ AZƏRBAYCANDA KEÇİRİLSİN”
- Bir müddət əvvəl yeni dünya reytinqi açıqlanıb və minifutbol millimiz ikinci pilləyə yüksəlib. Bu, Azərbaycan futbolu tarixində rekord göstəricidir. “Zirvəyə qalxmaq asandır, orda qalmaq çətin” deyimini əsas götürsək, dünyada ikinci milli olmaq sizdə əlavə təzyiq yaratmır?
- Əksinə, bu, mənim üçün sevindirici və qürurvericidir. Peşəkar səviyyədə məşğul olmasam da, idmana hər zaman maraq göstərmişəm. Buna görə də ətrafımda həmişə idmançılar olub. Təcrübəmə əsasən deyə bilərəm ki, bu cür məqamlar, nəticələr idmançının motivasiyasını daha da yüksəldir. Yəni bu gün mən dünya reytinqində ikinciyəmsə, daha da irəli gedib sabah birinci ola bilərəm. Ümumiyyətlə, hesab edirəm ki, təzyiqə düşmək peşəkar idmançıya yaraşmır.
- Azərbaycanın növbəti dünya çempionatına ev sahiblik etmək şansı nə dərəcədə realdır?
- Hazırda Dünya Minifutbol Federasiyasından cavab gözləyirik. İnşallah dünya çempionatına ev sahibliyi etmək istəyimizə bu ayın sonuna kimi cavab veriləcək. Müsbət cavab olacağı təqdirdə, hələlik oyunların harada keçiriləcəyi dəqiq bilinmir. Düzdür, Dünya Minifutbol Federasiyası Gimnastika Arenasını bəyənib. Lakin bu, yekun seçim deyil. Oyunların bir deyil, bir neçə arenada keçirilməsi də mümkündür. Müsbət cavab alsaq, müqavilə imzalanacaq və bundan sonra geniş açıqlama verəcəyik. Mundial 2025-ci ilin yayında keçiriləcək. Çox istəkliyik ki, növbəti dünya çempionatı məhz Azərbaycanda keçirilsin.
Bütün bu proseslər federasiyamızın prezidenti Orxan müəllimin tövsiyəsi və tapşırıqları ilə həyata keçirilir. Orxan Məmmədov minifutbolla bağlı bütün prosesləri daim diqqət mərkəzində saxlayır.
“HAKİMLƏRLƏ BAĞLI NARAZILIĞIMI AFFA RƏHBƏRLİYİNƏ DƏ, BAŞ KATİBƏ DƏ BİLDİRMİŞƏM”
- Futbol üzrə Azərbaycan Premyer Liqasında artıq mövsümün ikinci yarısı start götürüb. Geridə qalan müddətdə “Zirə”nin çıxışını necə dəyərləndirirsiniz?
- İlk iki dövrədən razı qaldıq. Komanda qış fasiləsinə ikinci pillədə yollandı. Lakin son oyunlarda bir qədər uğursuzluqla üzləşmişik. Sanki komanda “qara zolaqdadır”, bəxtsizliklə üzləşib, heç cür şansımız gətirmir. Oyun var, komanda üstün çıxış edir, amma sonra qələbə qazanmaq üçün nəsə çatışmır. Yaxud heç nədən qol buraxıb uduzuruq. Komandada hər şey qaydasındadır. Məşqçilər korpusu çalışır, futbolçular çox istəklidirlər. Götürək son turdakı “Qəbələ” oyununu, yaxud “Sabah”la matçı. Hər iki görüşdə komandamız çox yaxşı performans sərgilədi. Lakin qalib gələ bilmirik. Bəxt sanki bizdən üz döndərib. “Qəbələ”nin üzvü mərkəzdən zərbə endirir, top möcüzəvi şəkildə qapıdan keçir. Mən matçı “Qəbələ”nin prezidenti Fariz Nəcəfovla yanaşı izləyirdim. Həmin zərbə zamanı Fariz müəllim qayıtdı ki, “hara vurursan”, mən isə dedim “deyəsən, qoldur”. Həmin anda aramızda belə bir qısa dialoq oldu, bir neçə saniyəlik. Yekunda da elə top gözlənilmədən qapımızdan keçdi. Qəbələdəki görüşdə 90 dəqiqə boyunca hücumda olsaq da, yekunda 1 xal qazandıq. Məncə, tezliklə vəziyyət yaxşıya doğru dəyişəcək.
- Komandanızın uğursuzluğunda hakimlərin nə dərəcədə rolu var?
- Bütün günahları hakimlərin üzərinə yıxmaq olmaz. Lakin bu mövsüm 3-4 oyunda sırf hakim səhvləri ucbatından uduzmuşuq. Desəm ki, komandamıza qarşı hakim səhvləri yoxdur, bu, səhv olar. Hakimlərlə bağlı narazılığımı AFFA rəhbərliyinə də, baş katib Sərxan Hacıyevə də bildirmişəm. Klublar Komitəsinin iclasında da bu barədə danışdım. Bildirdim ki, heç kim “Zirə”nin necə oynamasını müzakirə eləməməlidir. Siz niyə davamlı şəkildə hakim səhvlərinin baş verməsini müzakirə etməlisiniz. Burda söhbət tək “Zirə”dən getmir. Hamımız bilirik ki, digər klublara qarşı da səhvlər olub. Düşünürəm ki, tezliklə bu problem düzələcək. VAR gələndə gözlədik ki, hər şey yaxşı olacaq, lakin əksi baş verdi, vəziyyət daha da pisləşdi. VAR hakimləri daha çox təzyiq altında saxlayır. Psixoloji cəhətdən də hazır olmaq lazımdır. Görürsən ki, hakim bir səhv edir, hərə bir tərəfdən qışqırır. Nəticədə hakim özünü itirir. Mən demirəm onların işi asandır. Hakimləri də çox qınamaq istəmirəm. Amma bəzi səhvlər var ki, açıq-aşkardır. Məsələn, “Səbail”lə çempionat oyununda 100 faizlik penaltimiz verilmədi. Həmin görüşü AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də canlı izləyirdi. O da bildirdi ki, penaltidir. Lakin hakim aşkar 11 metrlik cərimə zərbəsini təyin etmədi. Yaxud “Sabah”la oyun olsun, “Qarabağ”la matçda verilməyən qırmızı vərəqələr...
“KLUBLAR KOMİTƏSİNİN İCLASINDA LİMİTLƏ BAĞLI YEKDİL BİR QƏRARA GƏLİNMƏDİ”
- Klublar Komitəsinin iclasında legioner limiti məsələsi də müzakirə olunub. Limitin “8+3”ə dəyişdirilməsi təklif edilib. Siz də bu variantın tərəfdarısınız?
- Müzakirə olundu, lakin yekdil bir qərara gəlinmədi. Yekunda bildirildi ki, hər klub daxildə bu məsələni müzakirə etsin və sonra yekun fikir bildirilsin.
- “Zirə” klubu olaraq siz də limitin “8+3”ə dəyişdirilməsinin tərəfdarısınız?
- Biz bu məsələdə bitərəfik. Deməzdim ki, 100 faiz razıyam, yaxud narazıyam. Daha dəqiq müzakirələr əsnasında yekun qərara gələcəyik. Açığı, bu barədə əsas söz sahibi məşqçilərdir. Onların fikri daha çox önəmlidir. Böyük bir etiraz olmadığını da deməliyəm. İndiki qayda ilə də davam etmək mümkündür. Həm də limit “8+3”ə dəyişdirilsə, bu, müəyyən şərtlər altında olacaq. İndi bu barədə geniş danışmaq istəmirəm. Qərar qəbul olunsa, detallar da açıqlanacaq.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
-
13:20
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
10:21
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
-
17:01
"Şəfa" onunla yeni müqavilə imzaladı
-
16:36
Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək
-
16:15
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
-
15:58
Emin Kürdov: “Normal qrupa düşmüşük”
-
15:44
"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
-
15:29
DÇ-2026: Neymar yenə meydana çıxmayacaq
-
15:00
Dambrauskas: “Rəqibin kimliyi əhəmiyyətli deyil”
-
14:33
Millimizin rəqibləri müəyyənləşdi
-
14:16
"Böyük Dəbilqə": Balabəy Ağayev finalda dünya çempionunu məğlub etdi
21.06.2026
20.06.2026
19.06.2026























