1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

“Turan Tovuz”dan etiraz: “İmkan verin, təmiz futbolumuzu oynayaq!”

"Turan Tovuz" "Kəpəz"ə qarşı matçın hakimliyinə etiraz edib.

Futbolxeber.az saytının məlumatına görə, Tovuz təmsilçisi bu barədə narazılığını sosial şəbəkə hesabı vasitəsi ilə ictimaiyyətə çatdırıb.

Azərbaycan Premyer Liqasının 19-cu turunun "Kəpəz" - "Turan Tovuz" matçında Gəncə təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb. Oyunun 9-cu dəqiqəsində Tovuz klubunun müdafiəçisi Faiq Hacıyev qırmızı vərəqə alaraq meydandan qovulub.

"Turan Tovuz"un narazılığı odur ki, onların oyunçusuna qarşı Gəncə klubunun futbolçusu eyni kobudluğu etsə də, hakim qırmızı deyil, sarı vərəqə göstərib.

Qeyd edək ki, matçın baş hakimi Əli Əliyev, VAR hakimi Kamal Umudlu, AVAR hakimi isə Vüsal Məmmədov olub.

Həmin epizodların müqayisəli videosunu yayan "Turan Tovuz"un açıqlamasında bildirilib:

"Uzun və çətin yola çıxmışıq. Alın tərimiz, əməyimiz, əziyyətimiz var. Bu yolun keşməkeşli olacağını bilirik. Hakimliyin yolumuzda ən böyük maneə olmasını təəccüblə qarşılayırıq. VAR niyə var? VAR-da ikili standart niyə var?!

Bizi yormayın! İmkan verin, təmiz futbolumuzu oynayaq!"

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31