Ölkə futbolu
Rəşad Sadıqovdan etiraz: “Bu qədər təsadüf ola bilməz”
“Oyunda çoxsaylı mübarizə var idi. Matça fəal başlayan tərəf biz idik. Yaxşı da qol fürsətləri yaxaladıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIX turunda “Səbail”lə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.
O qeyd edib ki, mübarizə əzminə görə hər iki tərəfə alqış düşür: “İlk 30-35 dəqiqə üstünlük bizim tərəfimizdə idi. Sonradan oyun bərabərləşdi. Daha çox mübarizə mərkəzdə gedirdi. O dəqiqələrdən sonra keyfiyyətli futboldan danışmaq olmaz. Süni ot örtüyü, eləcə də şiddətli külək matçın gedişinə təsir göstərirdi. Bu məqamlar keyfiyyətli oyuna mane olurdu. Lakin hər iki tərəf istəkli idi və meydanda tam gücləri ilə mübarizə aparırdılar. Buna görə də hər iki komandaya alqış düşür”.
Sadıqov futbolçularından razılığını ifadə edib: “Qələbə qazanmaq üçün həm “Zirə”, həm də “Səbail” çox çalışdı. Amma yekunda qazancımız 1 xal oldu. Dediyim kimi, matçın əvvəlində qol şanslarımız var idi. Cərimə zərbəsindən sonra top tirdən döndü. Ümumi götürdükdə futbolçularımın çıxışından razı qaldım. Çox istəkli idilər. İlk matç olmasına baxmayaraq, qələbə üçün əllərindən gələni etdilər”.
“Zirə”nin çalışdırıcısı yeni transfer Rafael Utsiqin rəsmi debütunu belə dəyərləndirib: “Onun çıxışını müsbət qiymətləndirirəm. Bu gün özünü yaxşı tərəfdən göstərdi. Eyni sözləri Ceyhun Nuriyev barədə də deyə bilərəm. Hər iki yeni transferimiz bu gün özlərini yaxşı tərəfdən göstərdilər. Lakin hər ikisini bir qədər də zamana ehtiyacları var”.
Sadıqov bildirib ki, Utsiqə məcburiyyətdən start heyətində yer verib: “Əslində, bu gün Utsiqin start heyətində yer almasını istəməzdim. Amma seçimimiz olmadığı üçün məcburiyyətdən ona şans verdik. Sona yaxın meydanda qalması riskli idi. Çox istəkli idi, mübarizə aparırdı. Tam hazır olmadığı üçün zədə ala bilərdi. Ona görə daha sonra Rüstəm Əhmədzadəyə şans verdik. Rüstəm də son günlər xəstə idi. Oyundan öncə cəmi 2-3 məşqdə iştirak etmişdi. Onsuz da hücum xəttində futbolçu qıtlığımız var idi. Bu gün o da zədələndi. Yəqin ki, 2-3 həftə komanda ilə birgə olmayacaq. Bu da bizim üçün əlavə problemdir. Nəzərə alsaq ki, qarşıda bizi çox sıx qrafik gözləyir. Belədə hər bir futbolçuya ehtiyac var”.
Rəşad Sadıqov komandasının lehinə verilməyən penalti epizoduna belə münasibət bildirib: “VAR-da əyləşən təcrübəli hakim İnqilab Məmmədov referini epizoda baxmaq üçün çağırdı. Amma hakim orda başqa qərar verdi. Çox qəribə bir qərar qəbul etdi. VAR-dan çağırıblar, açıq-aşkar ayağa zərbə vurulduğu görsənir. Avtomatik həm də ikinci sarı vərəqədir. Bilmirəm... Nə qədər bu barədə danışsaq da... “Zirə”nin oyunlarındakı bu qərarlar artıq dördüncü ildir davam edir. Keçən il bir az azalmışdı. Eləcə də cari mövsümün əvvəlində də. Baxırsan ki, istər bu oyun olsun, istər “Qarabağ”la matçda 2 qırmızı vərəqə epizodu, yaxud əvvəlki turlarda baş verən hadisələr - bu qədər təsadüf ola bilməz”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- 13-cü turun oyun cədvəli açıqlandı
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
-
16:00
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
15:42
Portuqaliya millisi son 12 ildə belə uduzmamışdı
-
15:26
Ukrayna millisinin baş məşqçisi Kaşukun debütunu dəyərləndirdi
-
15:05
İnfantino yenidən FİFA prezident seçilir: 180-dən çox federasiya ona səs verəcək
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
15.11.2026
14.11.2026
13.11.2026
























