1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

Filip Ozobiç: “Biz qələbəyə “Sabah”dan daha yaxın idik”

“Çətin oyun keçdi. Lakin düşünürəm ki, bu gün yaxşı futbol sərgilədik. Biz bu gün qələbəyə rəqibdən daha yaxın idik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah”la heç-heçə (0:0) oynamaları barədə danışarkən deyib.

O, oyundan-oyuna artıracaqlarını bildirib: “Antalyada yeni baş məşqçimizin rəhbərliyi altında yaxşı hazırlıq keçdik. Məncə, ilk oyundan görsəndi ki, Bojoviç bizdən nə istəyir. Biz də hər matçda çalışacağıq ki, onun tapşırıqlarını maksimum dərəcədə yerinə yetirək. Oyundan-oyuna daha yaxşı durumda olacağıq”.

“Sabah”la matçda ikinci hissədə oyuna qoşulan Ozobiç Eddi İsrafilovu əvəzləməsinə belə münasibət bildirib: “Biz topla daha çox oynamaq istəyirik. Hesab edirəm ki, baş məşqçi məni hücumda fəallığı artırmaq üçün meydana buraxdı”.

“Neftçi”nin yarımmüdafiəçisi növbəti turda “Qəbələ”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Hazırda turnir cədvəlində sonuncu olsa da, deyə bilmərəm ki, “Qələbə” autsayderdir. Bizi heç də asan oyun gözləmir. Lakin rəqibin fərqi yoxdur. Bizim üçün hər oyuna vacibdir. Hər matça 100 faiz hazırlaşıb, azarkeşləri sevindirmək üçün meydanda əlimizdən gələni etməliyik”.

Fərəc ASLANOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31