13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Ölkə futbolu

Ramil Şeydayev "Kocaelispor"un düşərgəsində

Tailandın "Buriram Yunayted" klubundan ayrılan Ramil Şeydayev artıq Türkiyədədir.

Futbolxeber.az saytının məlumatına görə, o, yeni klubu "Kocaelispor"un düşərgəsinə də qatılıb. Bu haqda "Cagdaş Kocaeli" nəşri məlumat yayıb. Onunla tibbi müayinədən keçdikdən sonra 1-ci liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı bildirilir.

Bu arada "Kocaelispor"un rəsmi sosial şəbəkə hesabları isə üzərində Azərbaycan bayrağının əks olunduğu çamadan şəkli paylaşıb.

Xatırladaq ki, 27 yaşlı hücumçu "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted" ilə 2 illik müqavilə imzalamışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31