Ölkə futbolu
Rəşad Sadıqov: “Yoxlama oyunlarının bir mənfi cəhəti məhz budur”
“Oyundan öncə Qurban müəllim təklif etdi ki, bütün futbolçuları sınamaq üçün 4 hissəli oyun keçirək. Bu, bizi də qane edirdi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyunu (0:4) barədə danışarkən deyib.
O, bundan sonra diqqətlərini çempionatın növbəti turuna yönəltdiklərini bildirib: “Sevindirici haldır ki, bütün futbolçularımız ən azı 70-80 dəqiqə oynadılar. Qış fasiləsindəki qısa - 12 günlük təlim-məşq toplanışımızı bu gün başa vurduq. Bundan sonra artıq çempionat oyununa hazırlaşacağıq”.
Sadıqov transfer çalışmalarının davam etdiyini bildirib: “Axtarışdayıq, transfer çalışmalarımız davam edir. Danışıq apardığımız futbolçular var. Lakin hələ ki real bir şey yoxdur. Yenə də istəyərəm ki, 2 futbolçu ilə heyəti gücləndirək. Özünüz də gördünüz ki, dəyişikliklərdən sonra bu gün əvəzedici heyətdən 5-6 futbolçuya şans verdim. Qarşıda bizi 3-4 gündən bir oyunlar gözləyir. Ona görə də mütləq şəkildə heyətimizi gücləndirməliyik”.
“Zirə”nin çalışdırıcısı bu gün yeni klubunda debüt edən Rafael Utsiqin çıxışını belə qiymətləndirib: “O, usta, xarakterli futbolçudur. Amma təəssüflər olsun ki, son 2 ayda komandadan kənar qalıb. Axırıncı dəfə noyabrın 11-də rəsmi oyunda iştirak edib. Bu gün onun üçün 45 dəqiqə meydanda olmaq belə çox idi. Lakin risk edib 1 hissə onu oynatdıq. O da meydanda ən yaxşılardan biri idi. Formasını bərpa etməsi üçün hələ zamana ehtiyacı var”.
Mütəxəssis braziliyalı futbolçunun universallığını qabardıb: “O, universal futbolçudur. 4 mövqedə oynaya bilir - hücumun sağında, solunda, mərkəzində və hücumçunun arxasında. Biz də onun universallığından istifadə etmək istəyirik. Rəqibə görə oyun planımız dəyişir. Bu mənada onun universalığımızı işimizə yarayacaq”.
Sadıqov digər braziliyalı - Filipe Paxtmandan da söz açıb: “Onunla qış fasiləsində ciddi söhbət etmək fikrimiz var idi. Lakin son oyunda tam hazır olmadan onu meydana buraxdıq. Çox önəmli qol vurdu və yenidən zədələndi. Bunda hardasa mənim də günahım var idi. Ondan sonra ən azı yaya qədər komandada qalacağını qəyitləşdirdim”.
R.Sadıqov matçın gedişində futbolçular arasında yaranan gərginliyin səbəbini belə izah edib: “Yoxlama oyunlarının bir mənfi cəhəti məhz budur. Futbolçular bilirlər ki, cəzalanmayacaqlar. Ona görə də bir qədər gərginlik oldu. Lakin sonradan sakitləşdilər və oyuna davam etdilər”.
O, hər hansı futbolçunun “Zirə”dən ayrılması ehtimalı barədə sualı belə cavablandırıb: “Təklif olsa, dəyərləndirə bilərik. 1 futbolçunu göndərib, əvəzində ikisini transfer edərik. Bu halda kiminsə gedişi mümkündür. Lakin indiki məqamda hansısa əsas oyunçumuzu göndərmək fikrimiz yoxdur”.
O, “Sabah”ın Eldar Quliyevlə maraqlandığı barədə yayılan xəbərləri təsdiqləyib: “Rəsmi təklif almamışıq. Lakin klublar arasında müəyyən danışqlar oldu. Detallara varmaq istəmirəm. Biz “Sabah”la 2 dost komandayıq. Mənim onlardan, onların da bizdən maraq göstərdikləri futbolçular var idi. Ancaq danışıqlar müsbət baş tutmadı. Söhbət transfer məbləğindən getmirdi. Hər məsələdə “Sabah”la razılaşa bilərik. Amma müəyyən məqamlar oldu. Yenə deyirəm, bu, pullla bağlı deyildi”.
Rəşad Sadıqov Eldar Quliyevin hələ də Azərbaycan pasportu almamasının səbəbini belə izah edib: “Mən də istəyirəm. Bu, həm kluba, həm Eldarın özü üçün, həm də milli komandamıza faydalı olar. Amma özü hələlik bu haqda düşünmür”.
Rəşad Sadıqov sabiq klubu “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçiriləcək matçlarda şansını belə dəyərləndirib: “İlk oyundan çox şey asılı olacaq. İnanıram ki, mərhələni keçən tərəf “Qarabağ” olacaq. Çünki komandanın itirəcəyi bir şey yoxdur. “Qarabağ” artıq bura qədər gəlməklə rekorda imza atıb. Bu, futbolumuz üçün böyük uğurdur. Komandanın üzərində təzyiq olmayacaq. Səfərdəki ilk hissədən çox şey asılı olacaq. Ağdam klubu rəqibə həmin müddətdə müqavimət göstərsə, ardı gələcək”.
Sonda Rəşad Sadıqov millimizin hücumçusu Ramil Şeydayevin özünün vaxtı ilə futbolçu kimi çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubuna mümkün transferi barədə danışıb: “Açığı, “Kocaelispor”dan kimsə məndən bu keçidlə bağlı məsləhət almayıb. Bildiyim qədər transfer hələ rəsmiləşməyib. Şeydayevlə aramızda söhbət olub, mən maraqlanmışdım. Bildirdi ki, hələ rəsmiləşməyib. “Kocaelispor” Türkiyənin 10 böyük camedəsindən biridir. Möhtəşəm azarkeşləri var. Əsl futbol şəhəridir. O komanda Superliqada çıxış etməyə layiqdir. Ciddi rəqabət olacaq. Böyük ehtimalla, pley-offda mübarizə aparacaqlar. Çox istərdim ki, “Kocaelispor” Superliqaya yüksək çıxsın, fərqi yoxdur, Şeydayevlə, yaxud Şeydayevsiz. O komandaya xüsusi məhəbbətim var”.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
12.11.2026
11.11.2026
10.11.2026
























