5 May 2026, Çərşənbə axşamı
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

"Zirə"nin baş məşqçisi: “O komandaya xüsusi məhəbbətim var”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov millimizin hücumçusu Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubuna mümkün transferi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Sadıqov vaxtı ilə futbolçu kimi çıxış etdiyi “Kocaelispor”a xüsusi məhəbbəti olduğunu söyləyib:

“Açığı, “Kocaelispor”dan kimsə məndən bu keçidlə bağlı məsləhət almayıb. Bildiyim qədər transfer hələ rəsmiləşməyib. Şeydayevlə aramızda söhbət olub, mən maraqlanmışdım. Bildirdi ki, hələ rəsmiləşməyib. “Kocaelispor” Türkiyənin 10 böyük camedəsindən biridir. Möhtəşəm azarkeşləri var. Əsl futbol şəhəridir. O komanda Superliqada çıxış etməyə layiqdir. Ciddi rəqabət olacaq. Böyük ehtimalla, pley-offda mübarizə aparacaqlar. Çox istərdim ki, “Kocaelispor” Superliqaya yüksək çıxsın, fərqi yoxdur, Şeydayevlə, yaxud Şeydayevsiz. O komandaya xüsusi məhəbbətim var”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31