5 May 2026, Çərşənbə axşamı
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

AFFA-nın baş katibi: “Nə Milan Obradoviçlə danışıq olub, nə də Ərtoğrul Sağlamla”

“AFFA İcraiyyə Komitəsinin təxirə salınan iclasının nə vaxt keçiriləcəyi hələ məlum deyil. İclasın Gəncədə, yaxud Bakıda baş tutacağı da bilinmir. Yer məsələsi dəqiq tarix müəyyənləşəndən sonra məlum olacaq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev ötən həftə təxirənən salınan İcraiyyə Komitəsinin iclasının nə zaman keçiriləcəyi barədə sualı cavablandırarkən deyib.

S.Hacıyev AFFA rəhbərliyinin Gəncəyə səfərinin də tarixinin məlum olmadığını söyləyib: “AFFA rəhbərliyi futbol akademiyası ilə tanışlıq məqsədi üçün Gəncəyə yollanacaq. Lakin indidən dəqiq tarixi söyləmək mümkün deyil”.

Baş katib millimizin baş məşqçisi məsələsi haqda da danışıb. O, mətbuatda adı hallanan bəzi məşqçilərlə danışıqlar aparılmasını təkzib edib: “Baş məşqçi məsələ ilə bağlı hələ ki heç bir yenilik yoxdur. Mətbuatda yayılan adlar da doğru deyil. Nə Milan Obradoviçlə danışıq olub, nə də Ərtoğrul Sağlamla”

Fərəc ASLANOV, Quba

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31