27 Sentyabr 2026, Bazar günü
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

Diniyevin ötürməsi “Ümraniyespor”u məğlubiyyətdən xilas etdi

Türkiyə birinci liqasında 18-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geydiyi “Ümraniyespor” öz meydanında “Gənclərbirliyi”ni qəbul edib.

Meydana start heytində çıxan Coşqun görüşü əvəzolunmadan keçirib.

Matçda hesabı 32-ci dəqiqədə “Gənclərbirliyi” açıb. 79-cu dəqiqədə Coşqun Diniyevin ötürməsini qola çevirən Mustafa Eser “Ümraniyespor”u məğlubiyyətdən xilas edib - 1:1.

Bu heç-heçədən sonra xallarının sayını 23-ə çatdıran Diniyevin komandası 9-cu pillədə qərarlaşıb.

“Ümraniyespor” növbəti oyununu yanvarın 22-də səfərdə “Göztəpə”yə qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30