3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Turan Tovuz”un futbolçularına irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib

“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə və məşqçi heyətinə irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib.
 
Futbolxeber.az saytının Tovuz təmsilçisinin feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, tədbirdə akademiyanın koordinatoru Rasim Əliyev, mətbuat katibi, eyni zamanda lisenziyalaşdırma meneceri Süleyman Tağıyev, futbolda sosial məsul üzrə əməkdaşı Elmir Musayev iştirak edib.
 
Görüş zamanı mövzu ilə bağlı xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, əyani videoçarxlar nümayiş olunub.
 
“Turan Tovuz” futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pisləyib, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31