Ölkə futbolu
Samir Abasov: “Desəm ki, hazırda maraq dairəmizdə olan konkret futbolçu var, yalan olar”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun Futboıxeber.az saytına müsahibəsi
- Yeni iliniz mübarək. 2024-cü ili necə qarşıladız?
- Həmişəki kimi, evdə ailəmizlə. Bayram günlərini elə də təmtəraqlı qeyd etməyi xoşlamıram.
- Bu gün komandada istirahət bitdi və məşqlərə başladız. İlkin təəssürat necədir: artıq çəki ilə qayıdan yoxdur?
- Yox, hər şey qaydasındadır. Artıq çəki ilə qayıdan da yoxdur. İlk məşq yaxşı keçdi. Əvəzedici heyətdən də bəzi oyunçuları məşqlərə cəlb etmişik. Hansılar ki, bizimlə birgə Antalyaya təlim-məşq toplanışına da gedəcəklər. Əvəzedici heyətdəki bacarıqlı uşaqları həmişə yoxlayırıq, baxırıq. Çalışırıq ki, onlara şans verək. 3 gün burda, Sumqayıtda məşq edəcəyik. Sonra Antalyaya yollanacağıq. Səfərə 20 futbolçu ilə gedəcəyik. Onlardan 5 nəfəri əvəzedici heyətdən olacaq. Dediyim kimi, o uşaqlar daim diqqətimizdədirlər. U-19-da oynayanda var, hamısı öz yetirmələrimizdir.
- Bugünkü məşqdə ancaq yerlilər iştirak etdi. Legionerlər komandaya nə vaxt qoşulacaq?
- Onlar komandaya yanvarında 6-da, birbaşa Antalyada qoşulacaqlar. Artıq orada tam heyətlə çalışmalara başlayacağıq.
- “Səbail”lə oyundan sonra demişdiz ki, Antalya səfərimiz baş tutmaya bilər. Amma komanda 6-da səfərə yollanacaq. Bu qərarda hansı amil həlledici oldu?
- Həmin vaxt demişdim ki, özümüz qərarımızı dəyişə bilərik. Lakin fikrimizdə qaldıq. Həm hava amili, həm Antalyadakı şəraitin yerini heç nə verə bilmir. Oyunları da nəzərə almaq lazımdır. Rəhbərliklə danışdıq. Fikirləşdik ki, ən yaxşısı elə Antalyaya yollanmaqdır. Düzdür, zədəli oyunçularmız da çoxdur. Velinovski uzun müddətə sıradan çıxıb, son matçda Ninqa zədələnib, Vüqar əməliyyat olunub. Bu vəziyyətdə təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmağın mənası varmı? Yekunda qərara gəldik ki, əlimizdə olan oyunçularla toplanışına yollanaq.
- Antalya toplanışında ilk oyununuz təxirə salındı, sonradan digər iki rəqibin adı açıqlandı. Birinci matç üçün rəqib axtarışı davam edir, yoxsa elə 2 oyunla kifayətlənəcəksiz?
- Yox, hazırlığı elə iki oyunla yekunlaşdıracağıq. Düzdür, ayın 8-nə də oyun danışmışdıq. Lakin rəqib Antalyaya gələsi olmadığı üçün həmin matç təxirə salındı. Digər görüşlərlə bağlı problem yoxdur. Yanvar 12-də Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubu ilə qarşılaşacağıq.
- Transfer çalışmaları ilə bağlı nə kimi yeniliklər var?
- Hələ ki bir yenilik yoxdur. Bir, ya iki oyunçu götürmək istəyirik. Bizə uyğun olsa, istədiyimiz kimi futbolçu tapa bilsək, keçidi reallaşdıracağıq. Ola bilər hansısa futbolçu Türkiyə gəlsin. Amma desəm ki, hazırda maraq dairəmizdə olan konkret futbolçu var, yalan olar. İllərdi hamımız bilirik ki, qışda futbolçu tapmaq çətindir. Amma yenə də işləyirik, axtarışdayıq.
- Ən çox hansı mövqeləri gücləndirmək istəyirsiz?
- İlk növbədə vingerə ehtiyacımız var. Bəzi futbolçuların, xüsusən də Velinovski və Ninqanın zədələnməsi planlarımızı pozdu. Odur ki, ilk növbədə vinger transfer etməliyik.
- Bəs komandadan gedən olacaq?
- Xeyr. Onsuz da hazırkı məqamda heyətimiz kasaddır. Odur ki, kimisə göndəmək fikrimiz yoxdur.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- 13-cü turun oyun cədvəli açıqlandı
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
-
16:00
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
15:42
Portuqaliya millisi son 12 ildə belə uduzmamışdı
-
15:26
Ukrayna millisinin baş məşqçisi Kaşukun debütunu dəyərləndirdi
-
15:05
İnfantino yenidən FİFA prezident seçilir: 180-dən çox federasiya ona səs verəcək
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
15.11.2026
14.11.2026
13.11.2026
























