Ölkə futbolu
Yuri Syomin: “Bojoviçin “Neftçi”də uğur qazanmaq şansı yüksəkdir”
Tanınmış rusiyalı mütəxəssis, “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin Futbolxeber.az saytına müsahibəsi
- Uzun illər Rusiyada çalışan Miodraq Bojoviç bu günlərdə "Neftçi"nin baş məşqçisi təyin edildi. Monteneqrolu mütəxəssisi necə xarakterizə edərdiz? Hansı müsbət keyfiyyətlərini qeyd etmək mümkündür?
- Bojoviç təcrübəli məşqçidir. Hər zaman komandada yaxşı atmosfer yaradır. O, qalib gəlməyi bacarır. Futbolçulara nə istədiyini izah edir. Onun rəhbərliyi altında oyunçular da inkişaf edirlər. Nəticələri də yaxşıdır. “Rostov”la kuboku qazanmışdı, “Amkar”la final oynayıb. Eləcə də “Lokomotiv”də, “Dinamo”da işləri pis alınmayıb. Təbii ki, bəzən uğursuzluqlar da olur. Bu da qaçılmazdır. Amma ümumi götürdükdə, yaxşı məşqçidir.
- Onun “Neftçi”dəki karyerasının uğurlu alınması nə dərəcədə realdır?
- Məncə, uğurlu olmaq şansı yüksəkdir. Əsas məsələ futbolçularla düzgün əlaqə qurmaqdır. Oyunçular da daha intizamlı olmalıdırlar. Çünki bu məqama Bojoviç xüsusi diqqət ayırır. Bir sözlə, uğur qazanması mümkündür.
- Bəziləri Bojoviçin tez-tez klub dəyişməsini mənfi məqam kimi qiymətləndirirlər. Bu fikrə münasibətiniz necədir?
- Bu, Bojoviçin, yaxud hansısa məşqçinin günahı deyil. Müasir futbolda belədir. Əksər klublar məşqçi ilə 1-2 illik müqavilə imzalayırlar. Ona görə də məşqçi dəyişiklikləri tez-tez olur. Bu, məşqçidən çox, idman direktorlarından, klub rəhbərlərindən asılı olan məsələdir. Məncə, Bojoviç klub rəhbərliyi ilə yaxşı əlaqə qura bilsə, “Neftçi”də uzun müddət işləyəcək.
- Adətən Azərbaycanda avropalı yox, keçmiş SSRİ-dən olan məşqçilər uğur qazanırlar. Sizcə, bunun səbəbi nədir?
- Mən məşqçiləri avropalı, yaxud keçmiş SSRİ-dən olanlar deyə bölmək istəməzdim. Ola bilər dediyiniz məqam var və bu, mantelitetdən asılıdır. Amma ümumi götürdükdə, dediyim kimi, tez-tez məşqçi dəyişməsi sanki zamanın tələbinə çevrilib. Əvvəl məşqçiyə daha çox şans verirdilər. Komanda məğlub olanda da hamı bunu birlikdə qəbul edirdi. İndi 1-2 oyun uduzan kimi günahkar məşqçi göstərilir və dərhal da onu göndərirlər. Hamı erkən uğur istəyir. Heç kim gözləmək istəmir.
- Sabiq klubunuz “Qəbələ”nin hazırkı durumunu necə dəyərləndirirsiz?
- Açığı, son aylar nəticələrdən xəbərsizəm. Bilirəm ki, ötən mövsüm “Qəbələ” kuboku qazandı. İndi çempionatda neçənci yerdədirlər?
- Sonuncu.
- Deməli, “Qəbələ” Premyer Liqanı tərk etmək təhlükəsiz ilə üz-üzədir?
- Lakin qarşıda hələ 2 dövrə var.
- Müasir futbolda çox şey puldan asılıdır. Komandaya diqqət azaldısa, nəticələr də pisləşir. Mənim dövrümdə komandaya böyük diqqət var idi. Mən “Qəbələ”də çalışdığım müddətdə heç bir problemlə üzləşməmişdim. Əla meydançalar var idi, futboçular maaşlarını həmişə vaxtında alırdılar. Kimi istəyirdim, real şəkildə təbii ki, dərhal həmin oyunçu transfer olunurdu. Təəssüf ki, indi “Qəbələ”nin maddi vəziyyəti əvvəlki kimi deyil.
- Avroliqada qrup ikincisi olan “Qarabağ” pley-offda “Braqa” ilə üz-üzə gələcək. Necə düşünürsüz, Portuqaliya təmsilçisini mübarizədən kənarlaşdırmaq nə dərəcədə realdır?
- Şanslar bərabərdir. “Qarabağ” əla komandadır. Bayaq məşqçiyə şans vermək barədə söhbətimiz. daha bir nümunə elə Qurban Qurbanovdur. O, uzun illərdi “Qarabağ”da çalışır və əla nəticələr qazanır. Klub rəhbərliyi də ona dəstək olur. Qurbanovun sözü böyük əhəmiyyət kəsb edir. Futbolçular da hiss edir ki, komandada əsas söz sahibi məşqçidir. Buna görə təkcə daxildə deyil, xaricdə də komanda uğur qazanır. Rəhbərlik-klub-məşqçi amili böyük rol oynayır. Məşqçiyə hörmət var. Bu da uğur gətirir. Eyni hal məndə “Lokomotiv”də də olub. İndi yox, daha əvvəli nəzərdə tuturam.
- Hazırda AFFA milli üçün baş məşqçi axtarışındadır. Təklif olsa, razılaşarsız?
- Əlbəttə, niyə də yox?! Böyük məmuniyyətlə Azərbaycan millisində işləməyə hazıram. Hazırkı komandanın potensialına bələdəm. Məncə, Azərbaycan millisində heç də zəif futbolçular cəmləşməyib. Düzdür, yığmada daha əvvəl də xarici məşqçilər işləyib və bir qədər uğursuzluqla üzləşiblər. Bunun bir neçə səbəbi var. Əsas faktorlardan biri oyunçuları yaxşı tanımamaqdır. Eləcə də mentaliteti bilmirlər. Hesab edirəm ki, Azərbaycan millisi ilə daha yaxşı nəticələr qazanmaqdır. Amma təbii ki, dünya kubokunu qazanmağa söz verə bilmərəm (gülür).
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
06.11.2026
05.11.2026
04.11.2026
























