Ölkə futbolu
Arif Daşdəmirov: “Bizə xal toplamaq lazımdır”
“İnter”in müdafiəçisi Arif Daşdəmirov klubun saytına müsahibəsində “Rəvan”la keçirilən matç barədə danışdı, komandanın çıxışını qiymətləndirdi və digər suallara cavab verdi. Həmin müsahibəni təqdim edirik:
- Arif, “Rəvan”la oyun kifayət çətin alındı, baxmayaraq ki, komandamıza qələbə qazanmaq və xal ehtiyatını artırmaq mümkün oldu.
- Oyun çox ağır oldu. Bundan başqa, 5 ev oyununda qələbə qazana bilmirdik və qalib gəlməyi çox istəyirdik. Biz oyunu yaxşı keçirdik: erkən qollar vurduq, yenə qol vəziyyətlərimiz oldu, lakin səhvlərimizin ucbatından lazımsız qollar da buraxdıq. Buraxılmış qollarla bağlı epizodlarda biz daha diqqətli oynamalıydıq. Əsas odur ki, bizə qalib gəlmək müyəssər oldu. Komanda artıq özünə gəlib. İnşallah, növbəti matçlarda yaxşı nəticələr əldə edərik və turnir cədvəlində yüksələrik. İlk üçlüyə düşmək istərdik, sonrasına baxarıq.
- Son matçlarda “İnter” kifayət qədər yaxşı təəssürat bağışlayır, start şokunu adlamaq komandaya müyəssər oldu. Sizin nəzərinizcə, buna başqa oyun taktikasına keçid səbəb oldu, yoxsa komanda sadəcə anladı ki, artıq geriləmək olmaz?
- Məşqçi qərara gəldi ki, belə taktikayla oynamaq lazımdır və bu sxem özünün nəticələrini verdi. Biz bir neçə matçı yaxşı keçirdik, deməli, bu qərar özünü doğrultdu. Başlıcası odur ki, bu ruhda davam etməliyik. Bizə xal toplamaq lazımdır.
- Ruslan Əmircanov meydançaya çıxdıqdan sonra siz sol cinaha keçdiniz. Deyə bilərsiniz, harada sizə oynamaq rahatdır: adət etdiyiniz sağ cinahda, yoxsa sol tərəfdə?
- Bu, mənim “İnter”də artıq 4-cü mövsümümdür və ötən müddət ərzində həm sağ, həm də sol cinahda oynamağa macal tapmışam. Bu iki cinahda oynamağa adət etmişəm və məşqçi sol cinahı həvalə edən zaman burada oynamaq mənə çətin olmur. Belə də, əlbəttə ki, özümü sağ cinahda daha rahat hiss edirəm. Lakin yenə təkrar edirəm ki, zərurət yarandıqda sol cinahda oynamaq mənə hər hansı bir problem yaratmır.
- “Rəvan”la oyunda bir neçə epizodda siz hətta rəqibin qapısına yol da tapa bilərdiniz, lakin bunu etmək sizə müyəssər olmadı. Deyə bilərsiniz, həmin anlarda qol vurmağa nə mane oldu?
- Səmimi desəm, bu suala cavab verməkdə çətinlik çəkirəm. Yəqin sadəcə bəxtsizlik belə anlarda qol vurmağa imkan vermədi, bir də hər şey o qədər dinamik cərəyan edirdi ki, daha dəqiq zərbələr endirməyə mane oldu. İndi növbəti matçlarda qol vurmağa çalışacağam.
- Bu qələbə sayəsində “İnter” “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin lider olduğu üçlüyə iddia edən komandalar qrupuna yaxınlaşdı. Sizin fikrinizcə, komandamız bu komandalara yetişə bilərmi?
- Əlbəttə ki, biz bunu edə bilərik. “İnter” həmişə mükafat yerlərinə iddia edən komandadır. Son matçlarda biz yaxşı oyun nümayiş etdiririk və düşünürəm ki, bizə bu ruhda davam etmək lazımdır. Komanda meydançada bütün potensialını nümayiş etdirməlidir. Bizə səhvlərdən qaçmaq lazımdır və yalnız bu halda turnir cədvəlində yuxarı yerlərə ümid edə bilərik. Yalnız bu halda biz irəliyə addımlaya bilərik.
- Növbəti tur komandamızı Zaqatalaya çətin səfər gözləyir. Birinci dövrədə “İnter” “Simurq”a məğlub oldu və çox güman komanda revanş almağa çalışacaq. Qarşıdakı oyun barədə nə deyə bilərsiniz?
- Bizi çox ciddi oyun gözləyir. “Simurq” ötən bütün matçlarını Bakıda və Qəbələdə keçirdi, bizimlə matçı isə ilk dəfə azarkeşlərinin qarşısında keçirəcək və bu da bizim tapşırığımızı daha da çətinləşdirəcək. Ancaq biz revanş götürməyə və Zaqataladan yaxşı nəticəylə qayıtmağa çalışacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























