3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

"Qarabağ" klub rekordunu təkrarlaya bilmədi

Ağdamın “Qarabağ” klubunun böyükhesablı qələbələr seriyası qırılıb. Futbolxeber.az-ın məlumatına görə, son 3 turda rəqiblərini böyükhesablı qələbələrlə məğlub edən Qurban Qurbanovun yetirmələri Premyer Liqanın 12-ci turunun “Qəbələ” ilə görüşündə minimal hesabla qalib gəlib - 4:3. 9-cu turda “Bakı”, 10-cu turda “Sumqayıt”, ötən turda isə “Xəzər Lənkəran”ı eyni - 3:0 hesabı ilə məğlub edən ağdamlılar mövsümün rekordunu təkrarlayıb. “Bakı” kimi ardıcıl 3 darmadağına imza atan “Qarabağ” 4-ə çata bilməyib. Bununla da əyalət təmsilçisi klub tarixinin rekordunun 1 addımlığında dayanıb. “Qarabağ”ın Azərbaycan çempionatlarındakı böyükhesablı qələbələr seriyası rekordu 4-ə bərabərdir. 2003/04 mövsümünün startında evdə “Şahdağ-Samur”u (17.05.2003) 5:0, “Bakılı”nı (25.05.2003) 4:0, ardınca səfərdə MOİK-i (31.05.2003) 3:0 yenən ağdamlılar öz meydanında Sumqayıt “Xəzər”ini (04.06.2003) 5:2 hesabı ilə üstələmişdi. Lakin ümumilikdə qələbə seriyasını 4-ə çatdıran komanda özünün ilk 4 turda, AZAL-ın 2-6-ci turlarda nail olduğu mövsümün rekordu təkrarlayıb. Ağdamlılar həm də 7 oyundur uduzmur. Qeyd edək ki, böyükhesablı qələbələr seriyasında Azərbaycan rekordu 5-ə bərabərdir.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31