12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Rəvan” “İnter”lə oyuna hazırlığı başa vurub

"Rəvan" Premyer Liqanın 12-ci turu çərçivəsində "İnter” komandasının qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, "Rəvan" dünən axşam saatlarında "Şəfa” stadionunda keçirilən məşqlə artıq bu oyuna hazırlığı başa vurub.Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən oyunqabağı son hazırlıq yüngül xarakterli olub. İsinmə hərəkətlərindən sonra futbolçular toplu çalışmalara yer ayırıb. "Kvadratlar”ın ardından isə komanda üzvləri qapıya zərbələr, cinah asmalarının qapanması, standart vəziyyətlərdən istifadə və s. detallar üzərində çalışıb. Məşqdə əvəzedicilərə göndərilmiş futbolçulardan savayı, 3 zədəli oyunçu da yer almayıb. Daha doğrusu, ağır zədəli Tofiq Mikayılovla yanaşı, hələ optimal formalarını bərpa etməyən Elvin Həsənəliyev və Sohib Savankulov da məşqə qatılmayıb. Bu futbolçular "İnter"lə görüşdə də meydanda olmayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30