3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

"Qəbələ" "Qarabağ"la oyunun hazırlıqlarınını davam etdirir

"Qəbələ" - "Sumqayıt" (2:0) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" oktyabrın 28-dən etibarən XII tur çərçivəsində baş tutacaq "Qarabağ" - "Qəbələ" matçının hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Yuri Syominin başçılığı ilə reallaşan təlim-məşq prosesində zədəsi olan Rail Məlikov, Omar Kalabane, Abdulvahid Afolabi və Tərzin Cahangirov iştirak etməyib. "Qəbələ" doğma məkandakı hazırlıqlarını bu gün baş tutacaq son məşqlə yekunlaşdırılacaq. Sabah səhər saatlarında isə komanda paytaxta yollanacaq. Matçöncəsi son məşq günün ikinci yarısında qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov stadionunda keçiriləcək.

Xatırladaq ki, "Qarabağ"-"Qəbələ" matçı noyabrın 3-də saat 17:00-da start götürəcək. Oyun AzTV vasitəsilə canlı yayımlanacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31