3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

"Simurq" "Bakı" ilə oyuna hazırdı

Premyer Liqanın XII turu çərçivəsində "Bakı"nın qonağı olacaq "Simurq", dünən qarşılaşmanın oynanılacağı meydançada məşqə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, bir saata yaxın davam edən hazırlıq prossesində bütün futbolçular iştirak edib. Uzun müddətdir zədə səbəbindən komandadan aralı qalan Rövşən Əmiraslanov da artıq heyətə qoşulub. Bugünkü görüşdə baş məşqçi Georgi Çixradze şans verəcəyi halda paytaxt təmsilçisilə görüşdə meydana çıxa biləcək. Yalnız İlkin Qırtımov cəzasının bitməməsi səbəbindən bu qarşılaşmada forma geyinə bilməyəcək. "Simurq"un bu günkü məşqində məşqçilər korpusu yetirmələrini elə də çox yormayıb. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra üç qrupa bölunən futbolçular, "kvadrat" oynayıb. Daha sonra ikitərəfli oyunla məşq davam edib. Hazırlığın sonunda isə qapıya zərbələr və küncdən asmaların qapanması üzərində çalışılıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31