13 Avqust 2026, Cümə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında 23 ayın rekordu

Futbol üzrə Azərbaycan Premyer Liqasında son 23 ayın rekordu qeydə alınıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu, mövsümün X turuna təsadüf edib. Üç gün ərzində keçirilən 5 oyunda 19 top vurulub.
 
“Səbail” – “Neftçi” (2:4) matçında 6, “Qəbələ” – “Araz-Naxçıvan”(1:4) görüşündə 5, “Turan Tovuz” – “Qarabağ” (2:2) və “Sabah” – “Sumqayıt” (3:1) qarşılaşmalarının hərəsində 4 qol qeydə alınıb. Yalnız “Kəpəz” – “Zirə” oyunu qolsuz bitib.
 
Bir turda 19 qolun vurulması təkcə mövsümün deyil, 10 komandanın mübarizə apardığı son iki çempionatın mütləq rekordudur. Orta məhsuldarlıq 3,80-ə bərabər olub.
 
Ölkə çempionatları tarixində daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021-ci ilin noyabrında təsadüf edilib. 2021/22 mövsümünün X turunda keçirilən 4 matçda 17 qol vurulub. Həmin vaxt məhsuldarlıq 4,25-ə bərabər olub.
 
Noyabrın 6-7-də “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri keçirilib.
 
Qeyd edək ki, bunadək cari mövsümün rekordu 15 qolun vurulduğu I turda qeydə alınmışdı.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31