Ölkə futbolu
Azər Bağırov: “Millidən təklif gəlsə, kim qəbul etməz ki?”
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edib. Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:
- Oyun gərgin başladı. Bəlkə məğlub da ola bilərdik. Futbolçularımız daha tez ayıldılar. Qolu lazımi vaxtda vurduq. Şükürlər olsun ki, 3 xal qazandıq.
- Hesabın belə olacağını gözləmirdiniz?
- Sığortalı iş görməyi xoşlayıram. Açıq futbol alındı. Bu gün biz daha dəqiq olduq. Biz qol vurandan sonra rəqib irəli atıldı. Bundan sonra istədiyimiz futbolu göstərə bildik.
- Bəyənmədiyiniz məqamlar oldu?
- Əlbəttə. İlk 20 dəqiqədə müdafiədə zəif oynadıq. Bunu aradan qaldırmaq lazımdır.
- Hazırkı heyet avrokuboklar üçün yetərlidir?
- Bu haqda hələ ki, fikirləşmirik. Daha yaxşı "Araz-Naxçıvan" görmək istəyirik. Qışda nələrisə düşünəcəyik. Hələ qarşıda 8 oyunumuz var.
- Tez-tez rotasiyalar etməyinizin səbəbi nədir?
- Rəqibə görə bunları edirik. Futbolçu meydançada olmalıdır. Bizim heyətlə rotasiya qaçılmazdır.
- Hər qələbədən sonra avrokuboklar haqda düşünməyə başlayırsız?
- Yox. Mənim hazırda elə bir iştahım yoxdur. Vaxtımı komandanı oyundan-oyuna hazırlamağa sərf edirəm.
- Artıq Azərbaycanda ən yaxşı gənc məşqçilərdən hesab olunursuz. Bu cür uğuru gözləyirdiz?
- Hələ heç nə etməmişik. Mən Premyer Liqada çalışmaq üçün U-11-dən yuxarı qalxmışam. Burada debüt etmək üçün çox gözləmişəm.
- Adınız milli komandaya namizəd göstərilir. Buna münasibətiniz necədir?
- Hər əsgərin fikri general olmaqdır. Əlbəttə ki, bizim də düşüncəmiz yuxarılarda işləməkdir. Bir məşqçi kimi mənim də hədəflərim var. Zamanı gələndə niyə də olmasın? Bu, zamana bağlı məsələdir.
- Azər Bağırova millidə işləmək üçün nə qədər vaxt lazımdır?
- Bunu funksionerlər yaxşı bilər. Hər zaman milli komandalarda çalışmaq istəmişəm. Hər hansı səbəbdən alınmayıb. Biz balaca adamlarıq. İşimiz komandanı oyunlara hazırlamaqdır.
- Bu gün millidən təklif gəlsə, qəbul edərsiz?
- Millidən təklif gəlsə, kim qəbul etməz ki? Amma bu barədə hələ heç düşünməmişəm.
- Yükün altına girməkdən çəkinirsiz?
- "Araz-Naxçıvan"ı götürəndə yüküm daha çətin idi. Artıq Azərbaycan futbolunda olmayan bir çox oyunçuları Premyer Liqaya gətirmişik. Əlbəttə ki, onların əziyyəti də var. Vadim Abdullayevi Rusiyadan tutub gətirmişəm. İdmanda daim təzyiqlərə hazır olmalısan. Mən özüm də həmişə buna hazır olmuşam. Amma sınmadım.
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Rəqibin Avropa Liqasında oynamasından istifadə edib xal almaq olar?
- "Qarabağ"ın heyəti çox yaxşıdır. Oyunçuların keyfiyyəti Azərbaycan futbolundan üstündür. Çətin oyun olacaq. Mübarizə aparmalıyıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























