Ölkə futbolu
Azər Bağırov: “Ciddi bir şey etməmişik, hələ yolun başlanğıcındayıq” (MÜSAHİBƏ)
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırovun Futbolxeber.az saytına müsahibəsi
- Həftəsonu II dövrənin ilk oyununda səfərdə "Qəbələ" ilə qarşılaşacaqsız. Hazırlıqlar necə gedir?
- Ümumi götürəndə hazırlıqlarımız yaxşı gedir. Milli komandaya gedən futbolçularımız məşqə qatılacaq. Komandamızı istənilən formada "Qəbələ" ilə oyuna hazırlayacağıq.
- Heyətlə bağlı hər hansı çətinliklər varmı?
- Heyətlə bağlı ciddi problem yoxdur. Sarı vərəqə cəzasına görə 1 futbolçumuz bu oyunu buraxacaq. Zədəlimiz isə yoxdur. Bəlkə də gələcəkdə kubok oyunlarında heyətlə bağlı özünü göstərəcək. Çünki o zaman oyunlar ard-arda olacaq.
- Son turlar yaxşı formada olduğunuzu nəzərə alsaq, fasilə “Araz-Naxçıvan”ın ziyanına işləməyəcək?
- Millinin oyunları ilə əlaqədar ilk fasilə az da olsa yaxşı tərəfdən bizə təsir etdi. Meydanda bəzi gedişləri işləyə bildik. İkinci fasilənin də bizə faydalı olacağına ümid edirəm. Bilirsiniz ki, fasilə müddətində "Turan Tovuz" ilə yoldaşlıq matçı keçirdik. Əsas odur ki, bu müddəti zədəsiz, istədiyimiz formada keçirdik.
- İlk dövrəni 14 xalla dördüncü pillədə başa vurduz ki, bu da çoxları üçün gözlənilməz oldu. “Araz-Naxzçıvan”ın uğurunun sirri nədədir?
- Ümumilikdə bu, elə də bir sirr deyil. Bizim istəyimiz yaxşı, dost bir kollektiv formalaşdırmaqdır. Bunun öhdəsindən hələ ki gəlmişik. Öz dürüstlüyümüzü göstərməliyik. Futbolçular da bizə inanmalı, daim yanımızda olmalıdır.
- Özünüz “Araz-Naxçıvan”ın ilk dövrəni 4-cü yerdə bitirəcəyini gözləyirdizmi?
- Komandanı çox gec toparladıq. Buna baxmaayaraq, hesab edirəm ki, yaxşı bir komanda formalaşdıra bilmişik. Premyer Liqada ən vacib faktor döyüşkən, səbrli, bacarıqlı komanda formalaşdırmaqdır. Azdan-çoxdan bunun öhdəsindən gələ bilmişik. İnanıram ki, daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik.
- İlk dövrədəki çıxışdan sonra demək olar ki, Azər Bağırov artıq özünü bacarıqlı məşqçi kimi təsdiqlədi? Yəqin razılaşarsız ki, müxtəlif klublarda çalışsaz da, məşqçi kimi sıravi azarkeş sizi indi daha yaxından tanıyır.
- Əlbəttə, ümumi olaraq çox klublarda çalışmışam. Düşünürəm ki, nəyə qadir olduğumu əvvəlki iş yerlərimdə də göstərə bilmişəm. Düz deyirsiz, buna qədər Premyer Liqada baş məşqçi təcrübəm olmadığından ola bilər ki, bir qədər kölgədə qalmışdım. Bu gün üçün ciddi bir şey etməmişik, hələ yolun başlanğıcındayıq. Bizi çətin bir yol gözləyir, olduqca çətin.
- Uğurlu çıxışa baxmayaraq, “Araz-Naxçıvan”ın hazırkı durumunu müvəqqəti sayanlar, “ilin sonuna yaxın komandada güc qalmayacaq” deyənlər də var...
- Hər bir şəxsin fikrinə hörmətlə yanaşıram. Gücümüz bitə də bilər, oyunlarda məğlub da ola bilərik. Bu futboldur. Heç bir halda "Araz-Naxçıvan" öz gücünü itirməyəcək. Meydanda vuruşaraq yaxşı futbol sərgiləməyə çalışacağıq.
- İlk dövrədəki uğurlu çıxışın ardını gətirmək mümkün olacaq?
- Hər bir şeyi zaman göstərəcək. Futbol zamana bağlı idman növüdür. Çempionatda cəzalı, zədəli oyunçularımız ola bilər. Bu, bizə təsir göstərəcək. Bununla belə, taktiki baxımından heç bir sıxıntımız olmayacaq. Düşünürəm ki, yaxşı oyunlarımız olacaq.
- 14 xal toplasaz da, elə matçlar oldu ki, bəxtsizliklə üzləşdiz. İlk dövrədə sizi ən çox məyus edən hansı oyun, hansı nəticə oldu?
- Ağır keçən oyunlarımız oldu. Ən təsirli olan "Səbail"lə matç idi. Həmin oyunda rəqibdən üstün oynasaq da, uduzduq. Xüsusilə ilk hissədə fərqlənə bilməməyimiz təəssüf doğurur. Hesabı açan tərəf biz olsaydıq, oyun tam fərqli keçəcəkdi. Hər şeydə bir xeyir var. Hər məğlubiyyət bizim üçün qələbədir. Bu məğlubiyyəti təhlil edib növbəti oyunlara hazır olmalıyıq.
- Uğurlu çıxışa baxmayaraq, “Araz-Naxçıvan”dan əsas milliyə heç kim dəvət almadı. Bu, sizin üçün gözlənilməz olmadı?
- Milli komanda bir qədər incə məsələdir. Bu, baş məşqçinin qərarıdır. Ona hörmətlə yanaşırıq. Milliyə heyətimizdən oyunçu çağırılması yaxşı olardı. Yenə də hər işdə bir xeyir var. Bu hal bizi daha çox çalışmağa motivasiya verir.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























