3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Neftçi” - “Xəzər Lənkəran” matçı ilə bağlı DİN-ə müraciət olundu

Peşəkar Futbol Liqası (PFL) noyabrın 2-də “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçiriləcək Topaz Premyer Liqasının XI tur matçı ilə əlaqədar Daxili İşlər Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. Bu barədə Lent.az-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
 
Onun sözlərinə görə, son illərin ən prinsipial rəqiblərinin üz-üzə gələcəyi oyunda təhlükəsizlik tədbirlərinə böyük önəm veriləcək. A. Şahgəldiyev “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlara qonaq komanda azarkeşlərinin buraxılmayacağına dair AFFA İntizam Komitəsinin qərarını xatırladıb. PFL rəsmisi bildirib ki, matçın keçiriləcəyi “Bakcell Arena”da “Xəzər Lənkəran” azarkeşləri üçün sektor ayrılmayacaq. Eyni zamanda, Lənkərandakı oyunda “Neftçi” azarkeşləri üçün də sektor müəyyənləşdirilməyəcək: “Biz İntizam Komitəsinin qərarını hər iki kluba xatırlatmışıq. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran” rəhbərliyi qərardan məlumatlı olduğunu bildirib”.
 
Qeyd edək ki, oyun saat 19:00-da başlanacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31