1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Zubir: “Hamı yaxşı nəticə gözləyir”

"Həftəboyu yaxşı hazırlaşmışıq. "Hekken" çox yaxşı komandadır.  Sürətli, keyfiyyətli oyunları var. Amma bütün bunlara baxmayaraq, bura inamlı gəlmişik. Yaxşı nəticə qazanaraq Azərbaycana xoşbəxt qayıtmaq niyyətindəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir  Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Hekken"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisinin böyük klub olduğunu söyləyib: “Böyük klub da təzyiq deməkdir. Ona görə bunu dərk edirik. Bilirəm ki, bizim komandadan gözləntilər yüksəkdir. Hamı yaxşı nəticə gözləyir. Məşqlərdə həmişə səylə çalışıram. Təbii ki, inkişaf etmək niyyətindəyəm. Komanda olaraq azarkeşlərimizi sevindirməyə çalışırıq. Əlimdəm gələni edirəm ki, yerimdə saymayım”.

Qeyd edək ki, sabah keçiriləcək "Hekken" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31