Ölkə futbolu
Rövşən Hüseynli: “Qazaxıstandan əliboş gəlməmişəm”
Ölkə çempionatının II turu çərçivəsində keçirilən “Neftçi” İK - “Araz-Naxçıvan” oyununu izləyənlər arasında Azərbaycan millisinin üzvü Rövşən Hüseynli də vardı. Futbolxeber.az saytının məlumatına görə, karyerasını Qazaxıstanın “Atırau” klubunda davam etdirən, millinin toplanışı üçün Bakıya gələn qolkiperin azfutzal.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Qazaxıstanda yeni mövsümə ötən həftə start verildi. “Atırau” çempionata necə başladı?
- Yaxşı başladıq. Doğma meydanda 2 oyun keçirdik. “Astana” ilə ilk matçda 4:3, növbəti görüşdə 1:0 hesabı ilə qələbə qazandıq. Hazırda 6 xalla ilk iki pillədən birində qərarlaşmışıq.
- Necə fikirləşirsən, cari mövsümdə “Kayrat”a güc göstərəcək komandalar var?
- Ötən illə müqayisədə cari mövsümdə güclü komandalar çoxdur. “Ayat”dan başqa, bura “Atırau”, “Aktobe”, “Semey” klubunu da əlavə etmək olar. Hər bir iştirakçı istənilən komanda ilə mübarizə aparacaq gücdərdir.
- Bir neçə gündən sonra DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Qazaxıstanla millimizin 2 vacib oyunu olacaq. Qazaxıstanlı futzalçılara daha yaxşı bələd olan biri kimi, oyunlarla bağlı nə düşünürsən?
- Qazaxıstan millisinin baş məşqçisi Kakanı yaxşı tanıyırıq. Onun hansı oyun üslubuna, taktiki gedişlərə üstünlük verdiyini bilirik. Oyunöncəsi şanslar bərabərdir: 50-nin 50-yə. Bizim heyətdə də oyunu dəyişə biləcək futzalçılar var. Artıq yeni baş məşqçinin rəhbərliyi altında oynayırıq. Onun oyun fəlsəfəsi, düşüncəsi, tələbləri fərqlidir. Bu fərqlilik rəqibi çaşdıra bilər.
- Rəqibin güclü tərəfləri hansılardır?
- Onlar daha rəqabətli çempionatda çıxış edirlər. Düzdür, ölkə xaricində ancaq Leo oynayır - Braziliya çempionatında, amma Qazaxıstan çempionati bu gün Avropada seçilən liqalardandır. Bayaq qeyd etdiyim ki, komandalar bir-biri ilə başabaş mübarizə aparacaq gücdədirlər. Bu da oyunçuların daha hazırlıqlı olmasına imkan verir. Bizdə vəziyyət bir qədər fərqlidir. Toplanış zamanı bu fərqi aradan qaldırmağa çalışacağıq.
- Əsas tapşırıq nə olacaq?
- Əlbəttə, Bakıdakı oyun zamanı dogma meydan amilindən yararlanmalı, maksimum xalla ayrılmalıyıq. Çünki onlarla keçirəcəyimiz 2 oyunun nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək. İkinci oyun rəqib meydanında olacaq, bu dəfə onlar bundan maksimum istifadə etməyə çalışacaq. Üstəlik, biz səfər edəcəyimizə görə yol yorğunluğu ola bilər. Bundan başqa, ilk oyundan sonra hər iki komanda bir-birini daha yaxşı tanımış olacaq. Onlar da oyuna ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, toplanışa daha erkən başlayıblar.
- Rumıniyaya gözlənilməz məğlubiyyətdən sonra Niderlandı böyükhesabla yendik. Bu qrafikin artan xətt üzrə davam edəcəyini gözləmək olarmı?
- Məncə, elə də olacaq. Rumıniya ilə oyundan əvvəl komanda şəklində az hazırlıq keçmişdik. Martdan sonra demək olar, komanda toplaşmamışdı. Ona görə də anlaşılmazlıq var idi. Futzalda standart vəziyyətlərin önəmi böyükdür. Bunu da düzgün icra etmək üçün daha çox bir yerdə məşq etməli, oyun keçirməlisən. Həm də Rumıniyadakı zalın örtüyü intensiv, sürətli oyun keçirməyə imkan vermirdi. Niderlandla qarşılaşmada anlaşma daha yaxşı idi. Yeni baş məşqçinin nə istədiyini bilirdik.
- Qazaxıstandan baş məşqçi üçün hansısa “sirr” gətirmisən?
- (gülür) Əliboş gəlməmişəm. Müəyyən qeydlərim var. Amma baş məşqçi ilə hələ ki görüşümüz olmayıb. Toplanış vaxtı danışacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























