22 Dekabr 2025, Bazar ertəsi
“Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
“Komandamızda yüksəliş hiss olunur”
Yuri Vernidubdan qələbə şərhi
Əmrullayev “Neftçi”nin oyununda

Ölkə futbolu

“Qəbələ” doğma məkana yollanır

Azərbaycan Premyer Liqasının V turunun “Zirə” ilə oyunundan (1:0) sonra qısa istirahətə buraxılan “Qəbələ” hazırlıq prosesinin Bakı mərhələsini başa vurub.

Futbolxeber.az saytının klubun feysbuk səhisəfinə istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” üç gün Bakı Olimpiya Stadionunda məşq edib.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda bu gün Qəbələyə yola düşür. “Qırmızı-qaralar” millilərin oyunları ilə əlaqədar yaranan fasilədəki hazırlığını doğma stadionda davam etdirəcək.

Komanda sabah yoxlama görüşündə qüvvəsini sınayacaq. Qəbələ şəhər stadionundakı matçda “qırmızı-qaralar” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Oyun saat 17:00-da başlayacaq.  Qarşılaşmadan sonra məşqlərini öz arenasında gerçəkləşdirəcək komanda VI turun “Turan Tovuz”la səfər matçına Qəbələdən yollanacaq.

Xatırladaq ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” - “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31