Ölkə futbolu
Ayxan Abbasov: “Bizim çempionatda evdə, yaxud səfərdə oynamaq üstünlük kəsb etmir” (MÜSAHİBƏ)
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Futbolxeber.az saytına müsahibə verib.
- Çempionatın ilk 3 turunu komandanız üçün necə qiymətləndirirsiz?
- İlk turlar həmişə ağır keçir. Çünki bütün komandalarda yeni futbolçular olur. Hər komanda adaptasiya prosesindən keçir. Bizdə də belədir. Komandada yeni futbolçular var. İlk 3 tur ərzində futbolçular xarakter nümayiş etdirdilər. Ona görə ilk turları komandamız üçün normal qiymətləndirirəm.
- Necə düşünürsüz, Premyer Liqanın startı gözləntiləri doğrultdu?
- Məncə, Premyer Liqamız inkişaf edir, yeni oyunçular gəlir. Gələn legionerlər liqamızın səviyyəsini artırır. Məsələn, "Araz-Naxçıvan" debütant olsa da, heyətə güclü futbolçular cəlb edib. Demək olar ki, bütün komandalar güclənib. Gözlənildiyi kimi, bu il ən güclü çempionatlardan biri olacaq.
- İlk 3 tur nə göstərdi, "Turan Tovuz" hansı yer uğrunda mübarizə aparmağa qadirdi?
- Qarşımıza keçən illə müqayisədə böyümək, iddıalı olmaq, inkişaf etmək tələbi qoymuşuq. Bunun üçün vaxt lazımdır. Mərhələlər şəklində inkişaf edirik. Hər oyuna mübarizə aparmaq, məğlub olmamaq üçün çıxırıq. Məqsədimiz budur. Akademiyamızın da inkişaf etməyini istəyirik. Yerli oyunçularımızın, öz yetirmələrimizin olması əsas istəyimizdir.
- Yerdəyişmələrdən sonra ilk 3 turu səfərdə oynadınız və 6 xal topladız. Bunu gələcək üçün üstünlük saymaq olar?
- Bizim çempionatda evdə, yaxud səfərdə oynamaq hər hansısa bir üstünlük kəsb etmir. Görürük ki, səfərdə qalib gəlməyinə baxmayaraq, evdə də məğlub ola bilirsən. Əlbəttə, öz azarkeşlərimiz qarşısında oynamaq bizi həmişə sevindirir. Qarşıdakı matçda da bizi azarkeşlərimiz qarşısında oyun gözləyir.
- Şənbə günü mövsümdə ilk dəfə doğma publika önündə oynayacaqsız və rəqib “Səbail”di. Rəqibin 3 turdan sonra 1 xalını olması "Turan Tovuz"un lehinədi, yoxsa əlehinə?
- "Səbail" mövsümlərarası fasilədə çox yaxşı transferlər edib, heyəti gücləndirib. Futbolçuları ayrı-ayrılıqda təhlil etdikdə çempionatımıza rəng qatan oyunçular olduğunu görürük. Çətin oyun olacaq. Çempionatın əvvəlidir, turnir cədvəlindəki vəziyyət bizi aldatmamalıdır. Azarkeşlərimizin dəstəyini hər oyunda görmüşük, bu matçda onlar qarşısında qələbə qazanmaq istəyirik.
- Hazırkı heyət hədəflərə çatmaq üçün kifayət edir? Yeni transferlər komandaya uyğunlaşa bilir?
- Bacardığımız qədər düzgün seleksiya işləri aparırıq. Bu il transfer etdiyimiz oyunçularla ancaq 2 illik müqavilə bağlamağı nəzərdə tutmuşuq. Çünki tez-tez heyəti dəyişməyi də düşünmürük. Hər mövqedə komandada rəqabət olmasını istəyirik. Belədə futbolçular da məhsuldar olacaq. Gələcəkdə daha bir mövqeyə transfer etmək niyyətimiz var. Danışıqlar gedir. Alınmasa, qışa qədər hazırkı heyətlə davam edəcəyik.
- Hələ ki yalnız son çempion "Qarabağ"a məğlub olmusunuz, digər 2 rəqib üzərində isə qol buraxmadan qələbə qazanmısınız. Bu, artıq “Turan Tovuz”un iddiasından xəbər verir?
- 3 oyunun ikisində qol buraxmamaq həqiqətən yaxşı göstəricidir. Amma bu o demək deyil ki, biz digər komandalardan üstünük. Çempionatımızda illərdir stabil çıxış edən, oturuşmuş heyətə malik komandalar var. Hansılar ki, bu gün də iddialıdırlar. Onlarla mübarizə aparmağa vaxt lazımdır. Ümid edirəm ki, biz də tez bir zamanda iddialı kluba çevriləcəyik.
- Mövsümün ilk ev oyunu ilə bağlı azarkeşlərə sözünüz...
- "Turan Tovuz" azarkeşləri həmişə, hətta biz səfərdə olarkən belə komandaya dəstək olurlar, komandanı tək buraxmırlar. Onlardan səbrli olmağı və bu il də komandanı sonadək dəstəkləmələrini gözləyirəm. Azarkeşlərimizin hər birinə öz təşəkkürümü bildirirəm.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
12.11.2026
11.11.2026
10.11.2026
























