Ölkə futbolu
Yaşar Seyidov: “Bu işə başlamışıqsa, mütləq nəticələr olmalıdır”
“Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidovun müsahibəsi
- “Dinamo”nun stadion problemi həllini tapıb? Ev oyunlarınızı harada keçirəcəksiniz?
- Bəli, problem yoluna qoyulub. Fövqəladə Hallar Nazirliyi ilə razılığa gəlmişik. Rəqiblərimizi onların Hövsandakı stadionunda qəbul edəcəyik.
- Komanda tam olaraq Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərəcək?
- Komandanın rəhbəri mənəm, amma işləri nazirliklə birlikdə yürüdəcəyik.
- “Dinamo”nun heyəti əsgərlik yaşına çatan futbolçulardan ibarət olacaq?
- Yadınıza gəlirsə, hələ 1997-ci ildə “Dinamo” klubunu yaratmışdıq. Həmin vaxt əsas, gənclər və aşağı yaş qrupları üzrə yığmaların üzvləri əsgərliyə getdikdən sonra futboldan uzaqlaşırdılar. Bunun qarşısını almaq üçün belə bir addım atmışdıq. Həmin “Dinamo”da Fərrux İsmayılov, Ramin Quliyev, Ceyhun Sultanov, Zahir Əsgərov, Rafael Əmirbəyov, İlyas Qurbanov kimi yüzlərlə futbolçu çıxış edib. Onlar əsgərliklərini Daxili Qoşunların idman bölməsində keçirməklə yanaşı, “Dinamo”ya ezam olunurdular. Bu proses 2004-cü ilə qədər davam etdi. “Dinamo” “Bakı”ya çevriləndə təsisçi də dəyişdi. İndi isə bu məsələ yenidən gündəmə gəlib. Aşağı yaş qrupları üzrə yığmalara çağırılan futbolçular hərbi xidmətlə bağlı ciddi problem yaşayırlar. Əvvəlki “Dinamo” bu məsələlərə necə yanaşırdısa, işlər yenə eyni formada qurulacaq. Bu istiqamətdə işlər davam etdirilir.
- AFFA ilə bununla bağlı müzakirələr olub?
- Əlbəttə, bütün işlər AFFA-nın razılığı ilə görüləcək. Söhbət millilərə cəlb olunan və klublarımızda çıxış edən futbolçulardan gedir. AFFA-nın baş katibi Sərxan Hacıyev bu məsələdə bizə böyük dəstək verir. İnanıram ki, yaxın vaxtlarda bununla bağlı konkret addımlar atılacaq.
- Hərbi xidmətə çağırılan futbolçuların “Dinamo”ya cəlb olunması prosesinə nə vaxtdan başlayacaqsınız?
- Gənclər millimizdə, U-19-da çıxış edən futbolçuların əsgərliklə bağlı problemlərindən xəbərdarıq. İstər AFFA, istərsə də Premyer Liqa klublarının rəhbərləri və baş məşqçilər bunları bilirlər. Hərbi xidmətə növbəti çağırış iki aydan sonra olacaq. Həmin vaxt bu məsələlərə baxılacaq.
- Yəqin ki, komandanın qarşısına hədəf qoyulacaq. “Dinamo”nu gələcəkdə yenidən yüksək liqada görə bilərik?
- General olmaq istəməyən əsgərdən yaxşı əsgər çıxmaz. Bu işə başlamışıqsa, mütləq nəticələr olmalıdır. Düzdür, indiki məqamda çətindir. Amma zamanla buna çalışacağıq. Həm də perspektivli gənclərə özlərini göstərmək üçün bu liqa bir şansdır. Xəyallarımızda çox şeylər var. Ancaq hər şey reallıqla uzlaşmalıdır.
Mənbə: report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
13:00
Güləşçimiz Qazaxıstanda keçirilən turnirin qalibi olub
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
11.11.2026
10.11.2026
09.11.2026
























